12 May 2018 12:05
267
Fərmanlar
A- A+

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1034-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 mart tarixli 1867 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 13-cü maddəsində (ikinci halda), 20.4-cü maddəsinin ikinci cümləsində (ikinci halda), 24.1-ci maddəsində (ikinci halda), 24.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 34.2-ci maddəsində (ikinci halda), 34.4-cü maddəsinin birinci cümləsində (ikinci halda), 35.1-ci maddəsinin birinci cümləsində (ikinci halda) və üçüncü cümləsində (ikinci halda), 35.3-cü (ikinci halda) və 38-ci (ikinci halda) maddələrində, 40-cı maddəsinin ikinci cümləsində (ikinci halda), 41-ci maddəsində (ikinci halda), 42.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 43.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 43.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 43.3-cü (ikinci halda), 44.1-ci (ikinci halda), 44.3-cü (ikinci halda), 47.3-cü maddələrində, 47.4.5-ci (ikinci və üçüncü hallarda), 47.4.6-cı (ikinci və üçüncü hallarda), 48.3.1-ci (ikinci halda), 48.3.3-cü (ikinci halda) maddələrində, 48.3.5-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 49.2.11-ci maddəsində (ikinci halda), 66.3-cü maddəsinin ikinci cümləsində (ikinci halda), 75.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 75.1-1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 75.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 75.3-cü maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində (ikinci halda), 75.4-cü maddəsinin birinci cümləsində (ikinci halda) və üçüncü cümləsində (ikinci halda), 75.4-1-ci (ikinci halda), 75.5-ci (ikinci halda) maddələrində, 75.6-cı maddəsinin birinci cümləsində (ikinci halda), 75.9-cu maddəsinin birinci cümləsində (ikinci halda), 75.10-cu maddəsinin birinci cümləsində (ikinci halda), 75.11-ci, 76.1-ci (ikinci halda), 76.2-ci (ikinci halda) maddələrində, 80.4-cü maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində (ikinci halda), 81.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 81.2-ci, 81.4-cü, 82.1-ci (ikinci halda), 82.2-ci (ikinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 84.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 86.1.1-ci maddəsində (ikinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (ikinci halda), 89.2-ci maddəsində (ikinci halda), 90.1-ci maddəsinin ikinci cümləsində (ikinci halda), 90.3-cü (ikinci halda), 90.4-cü, 92.10-cu, 92-1.1-ci, 92-1.2-ci (hər üç halda) maddələrində, 93.1-ci maddəsinin birinci cümləsində (üçüncü halda), 94.3-cü maddəsində (ikinci halda), 95.3-1-ci maddəsinin birinci cümləsində, 95.5-ci (ikinci halda), 95.7-ci, 97.5-ci maddələrində, 101.2-ci maddəsində (ikinci və üçüncü hallarda), 102.2-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda), 102.3-cü maddəsinin birinci (ikinci halda) və üçüncü (ikinci halda) cümlələrində, 102.4-cü maddəsində (ikinci və üçüncü hallarda), 102.5-ci maddəsində (ikinci və üçüncü hallarda), 102.6-cı maddəsinin birinci cümləsində (ikinci halda), 102.7-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda), 103.2-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;
3.2. 4.2-ci bənddə “75.4-cü maddəsinin birinci cümləsində (ikinci halda)” sözləri “75.4-cü maddəsinin birinci cümləsində (üçüncü halda)” sözləri ilə əvəz edilsin;
3.3. 4.3-cü bənddə “48.3.1-ci maddələrində, 66.3-cü maddəsinin ikinci cümləsində” sözləri “48.3.1-ci (birinci halda) maddələrində, 66.3-cü maddəsinin ikinci cümləsində (birinci halda)” sözləri ilə əvəz edilsin;
3.4. 4.4-cü bənddə “13-cü maddəsində, 20.4-cü maddəsinin ikinci cümləsində, 24.1-ci maddəsində və 24.2-ci maddəsinin birinci cümləsində” sözləri “13-cü maddəsində (birinci halda), 20.4-cü maddəsinin ikinci cümləsində (birinci halda), 24.1-ci maddəsində (birinci halda), 24.2-ci maddəsinin birinci cümləsində (birinci halda)” sözləri ilə əvəz edilsin;
3.5. 4.6-cı bənddə “34.2-ci” sözlərindən sonra “maddəsində (birinci halda)” sözləri əlavə edilsin və “maddələrində, 58.2-ci” sözləri “maddəsində (birinci halda), 58.2-ci” sözləri ilə əvəz edilsin;
3.6. 4.7-ci, 4.7-1-ci (4.7-1.1-ci və 4.7-1.2-ci yarımbəndlər istisna olmaqla) və 4.7-2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“4.7. həmin məcəllənin 34.4-cü maddəsinin birinci cümləsində (birinci halda), 35.1-ci maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 35.3-cü maddəsində (birinci halda), 38-ci maddəsində (birinci halda), 40-cı maddəsinin ikinci cümləsində (birinci halda), 41-ci maddəsində (birinci halda), 42.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.3-cü (birinci halda), 44.3-cü (birinci halda), 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.3-cü (birinci halda) maddələrində, 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 80.6-cı maddəsinin birinci cümləsində, 82.2-ci (birinci halda), 89.2-ci (birinci halda) maddələrində, 90.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 90.3-cü (birinci halda), 94.3-cü (birinci halda), 102.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
4.7-1. həmin məcəllənin 75.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 75.1-1-ci maddəsinin birinci cümləsində (birinci halda), 75.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 75.3-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 75.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və üçüncü cümləsində (birinci halda), 75.4-1-ci maddəsində (birinci halda), 75.5-ci maddəsində (birinci halda), 75.6-cı maddəsinin birinci cümləsində (birinci halda), 75.9-cu maddəsinin birinci cümləsində (birinci halda), 75.10-cu maddəsinin birinci cümləsində (birinci halda), 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), 82.1-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:”;
“4.7-2. həmin məcəllənin 47.4.5-ci (ikinci halda), 47.4.6-cı (ikinci halda) maddələrində, 81.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 81.2-ci, 81.4-cü, 92-1.1-ci, 92-1.2-ci (hər üç halda) maddələrində, 93.1-ci və 95.3-1-ci maddələrinin birinci cümlələrində, 95.5-ci, 101.2-ci (ikinci halda) maddələrində, 102.2-ci maddəsinin birinci cümləsində (ikinci halda), 102.4-cü (ikinci halda), 102.5-ci (ikinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (ikinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (ikinci halda) “qurum” dedikdə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;”;
3.7. aşağıdakı məzmunda 4.7-3-cü bənd əlavə edilsin:
“4.7-3. həmin məcəllənin 13-cü maddəsində, 20.4-cü maddəsinin ikinci cümləsində, 24.1-ci maddəsində, 24.2-ci maddəsinin birinci cümləsində, 34.2-ci maddəsində, 34.4-cü maddəsinin birinci cümləsində, 35.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 35.3-cü və 38-ci maddələrində, 40-cı maddəsinin ikinci cümləsində, 41-ci maddəsində, 42.1-ci maddəsinin birinci cümləsində, 43.1-ci maddəsinin birinci cümləsində, 43.2-ci maddəsinin birinci cümləsində, 43.3-cü, 44.1-ci, 44.3-cü, 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.1-ci, 48.3.3-cü maddələrində, 48.3.5-ci maddəsinin ikinci cümləsində, 49.2.11-ci maddəsində, 66.3-cü maddəsinin ikinci cümləsində, 75.1-ci maddəsinin birinci cümləsində, 75.1-1-ci maddəsinin birinci cümləsində, 75.2-ci maddəsinin birinci cümləsində, 75.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.4-cü maddəsinin birinci cümləsində və üçüncü cümləsində, 75.4-1-ci maddəsində, 75.5-ci maddəsində, 75.6-cı maddəsinin birinci cümləsində, 75.9-cu maddəsinin birinci cümləsində, 75.10-cu maddəsinin birinci cümləsində, 76.1-ci, 76.2-ci maddələrində, 80.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 82.1-ci və 82.2-ci maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində, 84.2-ci maddəsinin birinci cümləsində, 86.1.1-ci maddəsində, 86.3-cü maddəsinin birinci cümləsində, 89.2-ci maddəsində, 90.1-ci maddəsinin ikinci cümləsində, 90.3-cü və 94.3-cü maddələrində, 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 102.4-cü maddəsində (birinci halda), 102.5-ci maddəsində (birinci halda), 102.6-cı maddəsinin birinci cümləsində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) “qurum” dedikdə, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik nəzərdə tutulur;”;
3.8. 4.8-ci bəndə “48.3.5-ci maddəsinin ikinci cümləsində” sözlərindən və 4.9-cu bəndə “49.2.11-ci maddəsində” sözlərindən sonra “(birinci halda)” sözləri əlavə edilsin;
3.9. 4.10-cu bənddə “82.1-ci (ikinci halda), 82.2-ci (ikinci halda)” sözləri “82.1-ci (üçüncü halda), 82.2-ci (üçüncü halda)” sözləri ilə əvəz edilsin;
3.10. 4.13-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.14-cü bənd əlavə edilsin:
“4.14. həmin məcəllənin 49.2.11-ci maddəsində və 66.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinə tikinti işləri həmin Agentliyin sərəncamına verilmiş torpaq sahəsində aparıldığı hallarda verilir.”.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 may 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video