Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:12 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin iştirakçılarına
“Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin iştirakçılarına
ANA SƏHİFƏ / Məktublar
04:05 10.05.2018

Əziz dostlar!

Əlamətdar tarixə - Azərbaycanın Ümummilli Liderinin anadan olmasının 95 illiyinə həsr edilmiş “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.

Heydər Əliyev təkcə postsovet məkanında deyil, bütün dünyada yüksək nüfuz qazanmış görkəmli dövlət xadimi və siyasi xadimdir. Uzun illər ərzində respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycan SSR-in rəhbəri, daha sonra SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrində qazandığı zəngin dövlət idarəçiliyi təcrübəsi və yüksək təşkilatçılıq qabiliyyəti ona ən mürəkkəb bir dövrdə müstəqil Azərbaycana başçılıq etmək, ölkəni dərin böhran vəziyyətindən davamlı inkişaf yoluna çıxarmaq imkanı verdi.

Müasir mərhələdə strateji səciyyə daşıyan Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin xüsusi xidməti olub. Müstəqillik illərində dövlətlərimiz əvvəlki nəsillərin miras qoyduğu mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq ənənələrini nəinki qoruyub saxlamağa, həm də artırmağa nail olublar.

Əlamətdar haldır ki, Bakıda keçirilən sərgidə həm Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü görməyə, həm də onun irsi ilə təmasda olmağa imkan verən çoxsaylı arxiv sənədləri və fotoşəkillər təqdim edilir. Ürəkdən şadam ki, əlamətdar hadisə münasibətilə hazırlanmış nəfis kataloqda əsası Ümummilli Lider tərəfindən qoyulmuş siyasi kursun varisliyi aşkar izlənilir. Ümidvaram ki, bu nəşr əksər kitabxanaların fondlarında layiqli yer tutacaq.

Layihənin təşəbbüskarı olan Rusiya tərəfinə dərin minnətdarlığımı bildirmək, habelə hər iki ölkənin tarixçilərinə və arxiv mütəxəssislərinə təşəkkür etmək istərdim. Əminəm ki, sərgi xalqlarımız arasında dostluğun möhkəmlənməsinə öz töhfəsini verəcək.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 aprel 2018-ci il.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM