04 Sentyabr 2012 01:09
733
Konstitusiya məhkəməsi
A- A+

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən konstitusiya qanunçuluğunun təmin edilməsinə dair məruzə maraqla qarşılanmışdır

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikası Konstitusiya Şurasının sədri İqor Roqovun dəvəti ilə avqustun 28-dən sentyabrın 2-dək bu ölkədə səfərdə olmuşdur.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan nümayəndə heyəti Konstitusiya Gününə həsr edilmiş "Konstitusiya dövlətin və cəmiyyətin sosial müasirləşdirilməsinin əsasıdır" mövzusunda Astana şəhərində keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir. Konfransın açılışında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev giriş nitqi ilə çıxış etmişdir.

Tədbirin praktiki hissəsində dünyada konstitusiya ədalət mühakiməsinin müasir meyilləri, beynəlxalq məhkəmələrlə konstitusiya nəzarəti orqanları arasında əlaqələr, vətəndaşların Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ və digər məhkəmə-hüquq məsələləri ətraflı müzakirə olunmuşdur.

Daha sonra beynəlxalq konfrans öz işini Almatı şəhərində davam etdirmişdir. Tədbirdə Fərhad Abdullayev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən konstitusiya qanunçuluğunun təmin edilməsinə dair məruzə ilə çıxış etmişdir.

Konfransda bir çox Avropa və Asiya ölkələrinin konstitusiya nəzarəti orqanlarının sədrləri və hakimləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio iştirak etmişlər.

Səfər çərçivəsində keçirilmiş görüşlərdə və digər tədbirlərdə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov iştirak etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video