Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:34 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oqtay Əsədov: Heydər Əliyevin zəkasından güc almış Azərbaycan dövləti daim inkişaf edəcək
Oqtay Əsədov: Heydər Əliyevin zəkasından güc almış Azərbaycan dövləti daim inkişaf edəcək
ANA SƏHİFƏ / PARLAMENT
03:05 10.05.2018

Mayın 10-da Milli Məclisdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş xüsusi iclas keçirilir.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində və taleyində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi barədə məruzə ilə çıxış edən Milli Məclisin sədri Oqtay deyib ki, ümummilli liderlər dünyalarını dəyişəndən sonra da onların şəxsiyyətinin sönməz nuru mənsub olduqları xalqın həyatına və tale yoluna işıq salır. Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Onun xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaradıb, daha sonra isə müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilib. Bugünkü qüdrətli Azərbaycan Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir.

Ötən əsrin 60-cı illərinin sonlarında və 1990-cı illərinin əvvəllərində Heydər Əliyevin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın həyatında çox ağır sınaqlar dövrünə təsadüf edib. Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycan çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoyub. Yalnız Heydər Əliyevin qəti mövqeyi Azərbaycana qarşı növbəti düşmənçilik hərəkətinin qarşısını almağa imkan yaratdı. 1978-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Mövcud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirildi. Bir çox vacib sahələrdə, o cümlədən hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görülüb. Ulu Öndər Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı problemləri qabaqcadan görür, bu günümüz üçün vacib olacaq problemləri həll edirdi. Məhz onun xidməti sayəsində Azərbaycanda orta pillə hərbi kadrlar hazırlamaqda ixtisaslaşan tədris müəssisəsi – C.Naxçıvanski adına hərbi məktəb yaradıldı. Hərbi mütəxəssislər hazırlayan ali tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi, bu məktəblərə yerli əhali nümayəndələrinin qəbulu artırılıb. Minlərcə azərbaycanlı gənc Rusiyanın, digər respublikaların hərbi məktəblərinə təhsil almağa göndərilib. O dövrdə hazırlanan kadrlar sonralar milli ordumuzun özəyini təşkil etdilər. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovetlər İttifaqının rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra bu qüvvələr fəal hərəkətə keçmək üçün fürsət qazandılar. Məhz həmin istefa Azərbaycana qarşı məkrli planların reallaşdırılması yolunda ilk addım olub.

Qeyd olunub ki, Azərbaycan xalqı son yüz ildə iki dəfə dövlət müstəqilliyi əldə edib – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də. Hər iki dövrdə tarixi talelər müəyyən məqama qədər oxşar olub. Erməni təcavüzü, xarici qüvvələrin təxribatları, daxildə hakimiyyət uğrunda mübarizə. Əsrin əvvəllərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti obyektiv və subyektiv səbəblər üzündən cəmi 23 ay yaşaya bilib. Əsrin sonlarında yenidən tarix səhnəsinə çıxan müstəqil dövlətimiz üçün də əslində eyni tale yazılmışdı. Amma bu dəfə Heydər Əliyev şəxsiyyətinin mövcudluğu dövlət müstəqilliyinin itirilməsinə səbəb ola biləcək təhlükələrin aradan qaldırılmasında müstəsna rol oynadı.

“Mən burada bir məqama diqqəti cəlb etmək istəyirəm. Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünü özündən əvvəlki dövrlə müqayisə edəndə tam aydın olur ki, etibarlı siyasi rəhbərlik amili hər bir cəmiyyət və dövlət üçün nə qədər böyük həyati əhəmiyyətə malikdir. Bu həqiqəti biz 1988–1993-cü illərdə yenidən görüb yəqin etdik. Respublika rəhbərliyində bir-birini əvəz edən şəxslərin səriştəsizliyi, müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, hərc-mərclik, xaos Azərbaycanı fəlakət həddinə gətirib çıxardı. Azərbaycan dövlətini tarixi burulğanlardan xətərsiz çıxarıb xilas etmək, sabit və ardıcıl inkişaf yoluna çıxarmaq üçün böyük siyasi iradə və qətiyyət, çevik və dərin ağıl, zəngin təcrübə, başlıcası isə xalqa tükənməz məhəbbət tələb olunurdu. Mübaliğəsiz söyləmək olar ki, Ümummilli Liderimizin dünyanın qoluzorlularının iradəsinə qarşı çıxması onun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Tamamilə təbiidir ki, sonralar ölkənin qanunvericilik orqanı xalqın arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun tarixini “Milli Qurtuluş Günü” kimi dəyərləndirdi”, - deyə Milli Məclisin sədri qeyd edib.

Oqtay Əsədov diqqətə çatdırıb ki, 1993-cü ildən 2003-cü ilədək olan on il ərzində Heydər Əliyevin həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir. Ulu Öndərin xilaskarlıq missiyasında ilk tədbiri xalqımızın siyasi varlığı üçün böyük təhlükə törədən, ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırmaq, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq oldu. Heydər Əliyev torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən böyük vəzifələrdən biri kimi irəli sürdü. Müstəqilliyimizin ilk illərində səriştəsiz siyasi və hərbi rəhbərlik ölkəni və xalqı xarici hərbi təcavüzdən müdafiə etməyə qadir olan silahlı qüvvələrin yaranmasına imkan verməmişdi. Milli Məclis xalqı narahat edən problemlərin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür məhrumiyyətlərə dözmək timsalına çevrilib. Ulu Öndər torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən böyük vəzifələrdən biri kimi irəli sürdü. Bu istiqamətdə qəti tədbirlərin həyata keçirilməsi döyüş əməliyyatları zonasında dönüşün əsasını qoydu. Azərbaycan Ordusu tezliklə özünü toplayıb düşmənə ağır zərbələr endirdi. Sürətlə möhkəmlənən silahlı qüvvələrimizdən aldığı zərbələr Ermənistanı Azərbaycanla silah gücünə danışmağın mümkün olmadığına inandırdı. 1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olundu, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlandı. Ölkə daxilində möhkəm ictimai-siyasi sabitlik təmin edildi. Bu isə Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə imkan yaratdı. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair xarici neft şirkətləri ilə onlarca saziş imzalandı. Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiya cəlb edildi. Neftdən götürülən gəlirdən xalqın mənafeyi üçün daha səmərəli istifadə edilməsi məqsədi ilə Neft Fondu yaradıldı. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin çəkilişinə başlandı. Neft sənayesinin dirçəlməsi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdı. Bazar iqtisadiyyatı prinsipləri tətbiq olundu, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparıldı. Həyatın bütün sahələrində tənəzzülə son qoyuldu, ölkəmiz dinamik inkişaf yoluna çıxdı. Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü oldu. Ölkəmizin Avropa xalqları ailəsinə inteqrasiyası reallığa çevrildi. Azərbaycanı dünyaya birləşdirən siyasi bağlar möhkəmləndirildi, dünyanın əksər dövlətləri ilə dostluq münasibətləri yaradıldı. Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına, qanunun aliliyinə təminat verən yeni Konstitusiya hazırlandı və ümumxalq səsverməsi yolu ilə qəbul olundu, demokratik seçki mexanizmi bərqərar edildi. Ölkədə əsaslı siyasi, hüquqi və sosial islahatlara başlanıldı. Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi və bir sıra digər tədbirlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırdı. Ölkədə onlarca yeni siyasi partiya yaradıldı və sərbəst fəaliyyətə başladı. Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası hakim partiya və cəmiyyətin aparıcı siyasi qüvvəsi oldu. Milli mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görüldü. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsi oldu. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəyə çevrildi.

Parlament sədri vurğulayıb ki, bu möhtəşəm işlərin reallaşmasında Milli Məclis həmişə Ümummilli Liderimizin yanında olub, onun uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləyib. Ulu Öndər parlamentə daim böyük diqqət və qayğı göstərib. 1995-ci il noyabrın 24-də Heydər Əliyev birinci çağırış Milli Məclisin ilk iclasında iştirak edib, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını verib. Sonrakı dövrdə də Ulu Öndər parlamentin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirak və çıxış edib. Azərbaycanda yeni siyasi və hüquqi sistemin yaradılması məqsədilə Milli Məclis Heydər Əliyevin təşəbbüsü ilə bir çox mühüm qanunvericilik aktları qəbul edib. Ümumiyyətlə, ölkədə siyasi, iqtisadi, sosial və hüquq islahatlarının qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönələn 1500-ə qədər qanun, qərar və digər aktlar Ümummilli Liderimizin imzası ilə parlamentə təqdim edilib və Milli Məclis tərəfindən qəbul olunub. Beləliklə, Azərbaycanın demokratik inkişafı, hüquqi dövlət quruculuğu üçün bütün təminatlar yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin hakimiyyətə qayıdışından sonra göstərdiyi xidmətlər barədə belə deyib: “1993–2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulub və bu gün də bu belədir. 1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qoyulub. Ona görə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir”.

Oqtay Əsədov bildirib ki, xalqımızın bütün müsbət keyfiyyətlərini öz şəxsiyyətində təcəssüm etdirən Heydər Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib. Onun dərin zəkası və siyasi duyumu ilə mərdliyi, cəsarəti və əzmkarlığı üzvi vəhdət təşkil edirdi. Bu gün Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ciddi tədqiqatların mövzusudur. Ulu Öndərin zəngin irsinin öyrənilməsində və təbliğində Azərbaycan parlamenti də yaxından iştirak edir. Milli Məclisdə Heydər Əliyevin adını daşıyan xatirə zalı fəaliyyət göstərir. Burada Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən stendlər, bədii kitablar və elmi tədqiqat əsərləri, digər eksponatlar Milli Məclisin qonağı olan dövlət və hökumət başçılarının, parlament nümayəndələrinin böyük marağına səbəb olur. Heydər Əliyev ömrünün hər günü indiki və gələcək nəsillər üçün bir örnəkdir. Tamamilə məntiqlidir ki, onun həyatına və fəaliyyətinə həsr edilən araşdırmalar zaman keçdikcə daha geniş miqyas alır. Böyük dövlət xadimlərindən biri deyib ki, “Siyasət mümkün olanı bacarmaq sənətidir”. Amma Ümummilli Liderimiz özünün bütün fəaliyyəti ilə sübut etdi ki, siyasət həm də mümkün olmayanı bacarmaq sənətidir. Heydər Əliyev mümkün olmayanı edə bildi, məhvə məhkum olan dövləti qoruyub yaşatdı və xalqımıza ərməğan etdi. Əminəm ki, Heydər Əliyevin zəkasından güc almış Azərbaycan dövləti daim inkişaf edəcək, Ulu Öndərin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM