Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

04:42 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin komitə iclasında “Torpaq icarəsi haqqında” Qanunda dəyişikliklər müzakirə olunub
Milli Məclisin komitə iclasında “Torpaq icarəsi haqqında” Qanunda dəyişikliklər müzakirə olunub
ANA SƏHİFƏ / PARLAMENT
12:05 10.05.2018

Mayın 10-da Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Eldar İbrahimov gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə üç məsələ daxildir.

Əvvəlcə iclasda “Torpaq icarəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Bildirilib ki, “Torpaq icarəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadənin təmin edilməsi, bu torpaqların icarəyə verilməsi sahəsində mövcud olan problemlərin həlli, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə hazırlanıb və həmin torpaqların icarəyə verilməsinin xüsusiyyətlərini (dövlət mülkiyyətində olan digər torpaqların icarəsindən fərqli qaydalar müəyyən etməklə) tənzimləyir. Qanun layihəsində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götümək istəyən şəxsin müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanlarna) müraciəti (ərizəsi), ərizəyə əlavə olunan sənədlərin siyahısı, müraciətə baxılması qaydası, torpaq sahəsinin ayrılması məqsəduyğun hesab edildikdə, onun razılıq alınması üçün aidiyyəti müvafiq icra hakimiyyəti orqanına göndərilməsi, bu orqanın razılığının verilməsi yaxud razılıq verilməsindən imtinası, razılıq verildikdə icarə müqaviləsinin bağlanması ilə bağlı məsələlər tənzimlənib. Ərizəyə dair tələblər “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq müəyyən edilir. Bununla da dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək istəyən şəxs bir quruma müraciət edir, digər qurumla icarəyə götürmək istəyən şəxs quruma müraciət edir, digər qurumla razılaşdırma isə şəxsin iştirakı olmadan qısa müddətdə həyata keçirilir, həmin qurumun razılığı olduqda isə icarə müqaviləsi bağlanır.

Sonra deputatlar Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini nəzərdən keçiriblər. Qeyd olunub ki, Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi “Torpaq icarəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb.

Bundan başqa, iclasda “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanun layihəsi də müzakirə edilib.

Deputatlar gündəliyə daxil olan məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM