Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

07:52 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkəmizdə ilk dəfə Milli Oftalmologiya Mərkəzinin Dəmir yolu Səyyar Klinikası fəaliyyətə başlayıb
Ölkəmizdə ilk dəfə Milli Oftalmologiya Mərkəzinin Dəmir yolu Səyyar Klinikası fəaliyyətə başlayıb
ANA SƏHİFƏ / Səhiyyə
03:05 09.05.2018

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ölkəmizdə ilk dəfə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmir yolu Səyyar Klinikası fəaliyyətə başlayıb. Səyyar klinika ilk səfərini Azərbaycan və İran sərhədinə edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara rayonunda keçirilən müayinə aksiyasında həmvətənlərimizlə yanaşı, İran İslam Respublikasının vətəndaşları da müayinə olunur.

Mayın 8-dən 12-dək davam edəcək aksiyanın məqsədi pasiyentlərin operativ müayinə və müalicəsini aparmaqla yanaşı, lazım olduğu təqdirdə onları cərrahi əməliyyat etməkdir. Ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin isə paytaxtda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.

Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmir yolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərilməsi üçün Səhiyyə Nazirliyinin dəstəyi ilə səyyar klinika ABŞ, Almaniya, Yaponiya və İtaliyanın aparıcı şirkətlərinin istehsalı olan ən müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz olunub.

Uzunluğu 25, eni isə 3 metr olan Dəmir yolu Səyyar Klinikası müasir oftalmolojı avadanlıqlarla təchiz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur. Səyyar klinika texniki hissə, oftalmoloji müayinə bloku və cərrahiyyə blokundan ibarətdir. Burada yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya, mikroskop üsullarla əməliyyatların aparılması üçün xüsusi avadanlıqlar mövcuddur. Oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir.

Bundan əlavə, Dəmir yolu Səyyar Klinikasında istirahət, qeydiyyat və sanitariya otaqları da fəaliyyət göstərir. Gün ərzində klinikanın həkim və orta tibb briqadası (6 həkim, 2 tibb bacısı, 2 rezident, 1 qeydiyyatçı və 1 mühəndis) 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər dövlətimizin başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur. 2005-ci ildən mərkəzin Avtomobil Səyyar Klinikası mütəmadi olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. Bu günə qədər yerlərdə 2 mindən çox əməliyyat və 30 minə yaxın müayinə və müalicə aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM