09 May 2018 02:05
846
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsia Milanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Santiaqo Qarsia Mila Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransında iştirakından böyük məmnunluq hissi keçirdiyini qeyd edərək tədbirdə 65 ölkədən 400-dən artıq nümayəndənin iştirakının böyük önəm daşıdığını vurğuladı. O bildirdi ki, bu nümayəndələr Beynəlxalq Limanlar Assosiasiyasına üzv olan və dünyanın dəniz yük daşımalarının təxminən 70 faizini əhatə edən limanları təmsil edirlər.

Tədbirin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Santiaqo Qarsia Mila paytaxtımızda gördükləri inkişaf proseslərinin onlarda böyük təəssürat yaratdığını məmnunluqla qeyd etdi. Bakının artıq beynəlxalq ticarət qovşağına çevrildiyini deyən qonaq böyük İpək yolu, “Bir kəmər, bir yol” layihələrində Azərbaycanın önəmli rol oynayacağına ümidvar olduğunu bildirdi. Santiaqo Qarsia Mila Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu və tədbirin gələn il Çində təşkil ediləcəyini dedi.

Prezident İlham Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransının önəminə toxunaraq xeyli sayda ölkənin nümayəndələrinin burada iştirakından məmnunluğunu ifadə etdi. Tədbirin keçirilməsi üçün Bakını seçdiklərinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ölkəmizdə digər sahələr kimi, nəqliyyat sektorunda da böyük uğurların əldə olunduğunu məmnunluq hissi ilə qeyd edərək Azərbaycanın artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini dedi. Ölkəmizin coğrafi mövqeyinin bu işdə rolunu qeyd edən Prezident İlham Əliyev bunun həm də Azərbaycanda müasir nəqliyyat infrastrukturuna qoyulan böyük həcmdə investisiyanın nəticəsi olduğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu, özünü təkcə Ələtdəki Yeni Bakı Limanında deyil, müasir dəmir və avtomobil yolları, eləcə də hava limanlarının inşasında da göstərir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihələrinə toxunan dövlətimizin başçısı həmin layihələrin icrası nəticəsində bu istiqamətdə Azərbaycan ərazisindən mühüm beynəlxalq daşımaların həyata keçiriləcəyini qeyd etdi.

Nəqliyyat infrastrukturunun bu gün Azərbaycanda çox yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev Yeni Bakı Limanının birinci fazasının tam şəkildə yaxın zamanlarda başa çatacağını dedi və bütün bunları Azərbaycanın nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığa verdiyi töhfə kimi dəyərləndirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video