Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:56 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsviri
“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsviri
ANA SƏHİFƏ / Qanunlar
01:05 09.05.2018

 

Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli qanunu ilə təsdiq edilmişdir

 

Maddə 1. Medalın ümumi təsviri

“Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 38 mm olan lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində kənardan başlayaraq və ardıcıl olaraq hər tərəflərindən konturlanmış iki dairəvi zolaq yerləşdirilmişdir. 1-ci zolağın üzərində tünd göy minalı fonda yuxarı hissədə qövs boyunca “GƏMİÇİLİK SAHƏSİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ” sözləri yazılmış, zolağın aşağı hissəsində isə səkkizguşəli ulduz təsvir olunmuşdur. 2-ci zolağın üzərində dairə boyunca palıd yarpaqlarından ibarət çələng təsvir olunmuşdur.

2.2. Medalın ön tərəfinin mərkəzində 2-ci zolaq ilə əhatə olunmuş, üzərində gəmi sükanı, lövbər və dəniz dalğalarından ibarət kompozisiya təsvir olunmuş dairəvi lövhə yerləşdirilmişdir. Bütün yazılar və təsvirlər relyefli olaraq qabarıqdırlar.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamarsəthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində 8 mm enində mavi rəngli, mərkəzdən sol və sağ tərəflərə doğru ardıcıl olaraq 6,5 mm enində göy rəngli, 1 mm enində tünd göy rəngli, 1 mm enində qızılı rəngli, 2 mm enində tünd göy rəngli, 1,5 mm enində bənövşəyi rəngli, 2,5 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.2. Elementin yuxarı hissəsinə üzərində dalğalar təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.3. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM