Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:52 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Prezident İlham Əliyev və mədəniyyət” silsiləsindən 2013-2018-ci illəri əhatə edən ikicildlik kitab işıq üzü görüb
“Prezident İlham Əliyev və mədəniyyət” silsiləsindən 2013-2018-ci illəri əhatə edən ikicildlik kitab işıq üzü görüb
ANA SƏHİFƏ / Mədəniyyət
09:05 08.05.2018

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Prezident Kitabxanasının və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) birgə layihəsi olan “Prezident İlham Əliyev və mədəniyyət” silsiləsindən 2013-2018-ci illəri əhatə edən növbəti ikicildlik kitab çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, “Prezident İlham Əliyev və mədəniyyət (2013-2018)” kitabı dövlətimizin başçısının birinci və ikinci prezidentliyi dövründə mədəniyyət və turizm sahələrinin inkişafı ilə bağlı görülən işlərə dair əvvəllər nəşr olunmuş ikicildliklər silsiləsinin davamı və bu seriyadan üçüncü topludur.

“Prezident İlham Əliyev və mədəniyyət (2013-2018)” ikicildliyin 1-ci cildinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu illər ərzində milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə bağlılığını, ehtiramını, qayğısını ifadə edən nitqləri, çıxışları, müsahibələri, mədəniyyət və turizm obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakına dair materiallar daxil edilib.

Toplunun 2-ci cildinə Azərbaycanın ictimai-mədəni həyatında və turizm sahəsində baş verən mütərəqqi yeniliklərin, əldə olunan nailiyyətlərin və hər iki sahədə dinamik yüksəlişin fundamental bazasını təşkil edən normativ-hüquqi sənədlər, dövlətimizin başçısının mədəniyyət xadimlərinə, ölkəmizin təşəbbüsü ilə təşkil olunan beynəlxalq tədbirlərin iştirakçılarına və Azərbaycan xalqına ünvanlandığı təbrik məktubları daxil edilib.

Növbəti ikicildlik də Prezident İlham Əliyevin mədəniyyət və turizm sahəsində həyata keçirdiyi mütərəqqi siyasəti araşdıran tarixçilər, ədəbiyyatşünaslar, kulturoloqlar, ali məktəblərin müəllim və tələbələri, həmçinin oxucular üçün zəngin məlumat mənbəyidir.

İkicildlikdə Prezident İlham Əliyevin iştirak etdiyi tədbirlərdə çəkilmiş fotoşəkillər də yer alıb.

“Prezident İlham Əliyev və mədəniyyət (2013-2018)” toplusunun layihə rəhbəri və ikicildliyin giriş sözünün müəllifi Azərbaycan Respublikasının mədəniyyəti naziri Əbülfəs Qarayevdir.

Kitabın tərtibçiləri UNESCO-nun “İnformasiya hamı üçün” Azərbaycan Komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Lətifə Məmmədova və Prezident Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət İşçisi Mayıl Əhmədovdur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM