Alternative content

08:43 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyəli musiqiçilər Gəncədə ulu öndərin 95 illik yubiley tədbirlərində iştirak etmişlər
Türkiyəli musiqiçilər Gəncədə ulu öndərin 95 illik yubiley tədbirlərində iştirak etmişlər
ANA SƏHİFƏ / Mədəniyyət
04:05 08.05.2018

Görkəmli şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Gəncədə keçirilən yubiley tədbirlərində qardaş Türkiyənin Bursa Bölgə Dövlət Simfonik Orkestri də iştirak etmişdir.

Gəncə Dövlət Filarmoniyasında keçirilən yubiley tədbirini açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, eləcə də Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi misilsiz xidmətlərindən danışmış, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində ölkəmizdə, eləcə də gündən-günə gözəlləşən qədim Nizami yurdunda əldə olunan nailiyyətlərdən söz açmışdır.
Sonra Türkiyənin Bursa Bölgə Dövlət Simfonik Orkestri Gəncə tamaşaçıları qarşısında çıxış etmişdir. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə orkestrin ifasında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals” səsləndirilmişdir. Orkestrin müşaiyyəti ilə Gəncə Dövlət Filarmoniyasının solisti Gülay Zeynalovanın ifasında “Qara gilə”, tanınmış xanəndə Ehtiram Hüseynovun ifasında “Kor ərəbin mahnısı və “Qarabağ şikəstəsi” alqışlarla qarşılanmışdır.
Konsertdə Azərbaycanın Xalq Artisti Samir Cəfərovla Türkiyənin İzmir Opera və Balet Teatrının solisti Levent Gündüzün solo ifa və duetləri, həmçinin Jorj Bizenin “Karmen” operasından və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından parçalar tamaşaçıların alqışlarına səbəb olmuşdur. 
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konsert proqramı Xalq Artisti Samir Cəfərovun ifasında “Xalq Heydər söyləyəcək” mahnısı ilə başa çatmışdır.

 

Sabir ƏLİYEV,
“Azərbaycan”