Alternative content

05:45 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ümummilli Liderin anadan olmasının 95-ci il dönümü münasibətilə ölkəmizdə ilk dəfə Səyyar Klinika Qatarı fəaliyyətə başlayıb
Ümummilli Liderin anadan olmasının 95-ci il dönümü münasibətilə ölkəmizdə ilk dəfə Səyyar Klinika Qatarı fəaliyyətə başlayıb
ANA SƏHİFƏ / Səhiyyə
04:05 08.05.2018

Mayın 8-də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü münasibətilə ölkəmizdə ilk dəfə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinika Qatarı fəaliyyətə başlayıb. Aksiya Milli Oftalmologiya Mərkəzi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşəbbüsü ilə gerçəkləşib. Qatar ilk səfərini Azərbaycan və İran sərhəddinə edib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Astara rayonunda keçiriləcək müayinə aksiyasında həmvətənlərimizlə yanaşı İran İslam Respublikasının vətəndaşlarının da müayinəsi nəzərdə tutulur.

Mayın 8-dən 12-ə kimi davam edəcək aksiyanın məqsədi pasiyentlərin operativ müayinə və müalicəsini aparmaqla yanaşı, lazım olduğu təqdirdə onları cərrahi əməliyyat etməkdir

Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Klinika Qatarının uzunluğu 25, eni isə 3 metrdir. Qatarda yerləşən Dəmiryolu Səyyar Klinikası müasir oftalmolojı avadanlıqlarla təchiz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur. Səyyar Klinika texniki hissə, oftalmolojı müayinə bloku və cərrahiyyə blokundan ibarətdir. Burda yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya, mikroskop üsullarla əməliyyatların aparılması üçün xüsusi avadanlıqlar mövcuddur. Oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Bundan əlavə Səyyar Klinika Qatarında istirahət, qeydiyyat və sanitariya otaqları fəaliyyət göstərir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası (6 həkim, 2 tibb bacısı, 2 rezident, 1 qeydiyyatçı və 1 mühəndis) 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər.