Alternative content

07:03 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Rusiya arasında elm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan ilə Rusiya arasında elm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
ANA SƏHİFƏ / Elm və texnika
01:05 08.05.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Roald Saqdeyev və Yer Fizikası İnstitutunun direktoru, REA-nın müxbir üzvü Sergey Tixotski ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan alimlərinin REA-nın müxtəlif elmi mərkəzləri ilə əlaqələrindən danışan A.Əlizadə neft və qaz, geologiya, arxeologiya, coğrafiya, fəlsəfə, kosmik tədqiqatlar və digər sahələrdə səmərəli əməkdaşlığın mövcud olduğunu bildirib. Bu əlaqələrin güclənməsində REA rəhbərliyinin rolunu vurğulayan akademik gələcəkdə də AMEA-nın Rusiyanın müvafiq elm və təhsil müəssisələri ilə əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə AMEA ilə REA arasında elmi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib. A.Əlizadə qonaqlara AMEA-nın ayrı-ayrı qurumlarının, o cümlədən Yüksək Texnologiyalar Parkının fəaliyyəti, elmi nəticələrin istehsalatda tətbiqi və elmin kommersiyalaşması sahələrində görülən işlər barədə məlumat verib. AMEA-nın prezidenti, həmçinin akademiyada geologiya, fizika, informasiya texnologiyaları, geofizika, humanitar və ictimai elmlər sahələrində aparılan tədqiqatlardan, palçıq vulkanları, neft və qaz yataqlarının öyrənilməsi sahəsində görülmüş işlərdən danışıb.

Akademik Roald Saqdeyev birgə aparılan fundamental və tətbiqi araşdırmaların genişlənməsinin, müasir elmi istiqamətlər üzrə aparılan tədqiqatlara gənc alimlərin cəlb olunmasının, ikitərəfli kadr mübadiləsinin vacibliyini vurğulayıb.

Sergey Tixotski isə REA-nın müvafiq qurumlarının AMEA ilə sıx əməkdaşlığından məmnunluğunu bildirərək gələcəkdə də iki ölkə arasında elmi əlaqələrin daha da güclənməsinin zəruri olduğunu qeyd edib. Yer fizikası üzrə aparılan tədqiqatlardan söz açan S.Tixotski bundan sonra da ikitərəflı əməkdaşlığın səmərəli olduğuna əminliyini bildirib.

Görüşdə, həmçinin AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, REA-nın Yer Fizikası İnstitutunun geoelektrodinamika laboratoriyasının müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru Oleq Poxotelov və həmin laboratoriyanın aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yelena Popova iştirak ediblər.

Qeyd edək ki, 2018-ci il üçün "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələrinə əsasən, akademik Roald Saqdeyev qeyri-xətti plazma nəzəriyyəsi, idarəolunan termonüvə sintezi və kosmik fizika sahəsində elmi konsepsiyanın işlənilməsinə görə bu mükafata layiq görülüb.