Alternative content

07:49 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azercell “Əlilliyi olan tələbə və məzunların 1-ci əmək yarmarkası”nda
Azercell “Əlilliyi olan tələbə və məzunların 1-ci əmək yarmarkası”nda
ANA SƏHİFƏ / ELANLAR
12:05 08.05.2018

 

Hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki məhdudiyyətli insanlar təşkil edir. Ölkəmizdə isə 6 min nəfərə yaxın əlil, o cümlədən sağlamlıq imkanları məhdud 72 min uşaq var. 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil şəxslərin tamhüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması, onların sosiallaşması üçün dövlət tərəfindən mütəmadi müxtəlif tədbirlər həyata keçirilir.

Mayın 5-də Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNEC-in birgə təşkilatçılığı ilə əlil tələbələr üçün keçirilən əmək yarmarkasında da məqsəd məhz əlilliyi olan gənclərin məşğulluğunun təmin edilməsi idi. Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak etdikləri yarmarkada Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC fəallığı ilə seçilib. Şirkətin İnsan Qaynaqları Departamentinin nümayəndələri Azercell-ə işə qəbul olunmaq istəyən əlilliyi olan tələbələr üçün informasiya sessiyaları təşkil edib və şirkətdə mövcud  vakansiyalar barədə iştirakçıları məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda, məzunları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

Qeyd edək ki, Azercell əlil uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım göstərmək məqsədilə 2014-cü ildən Uşaq Paralimpiya Komitəsinə dəstək verir. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

 

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM