Alternative content

01:44 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənovdan
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənovdan
ANA SƏHİFƏ / Məktublar
06:05 07.05.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Cənab Prezident, seçicilərin mütləq əksəriyyətinin Zati-alinizə səs verməsi onların Sizin ali siyasi nüfuzunuza, balanslı xarici siyasətinizə və ölkəmizdə həyata keçirdiyiniz sosial-iqtisadi islahatların davam etdirilməsinə bəslədikləri etimadın təcəssümüdür.

Türk dünyasında türk xalqlarının inteqrasiyasının gücləndirilməsi və türkdilli dövlətlər arasında mövcud qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Zati-alinizin göstərdiyi səylər yüksək qiymətləndirilir.

Hörmətli cənab Prezident, Sizə bir daha ən xoş arzularımı çatdırır, bütün Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik diləyirəm.

Dərin hörmətlə,

 

Ramil Həsənov

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi

Türkiyə Respublikası, İstanbul şəhəri