Alternative content

10:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezidentin Mətbuat Xidmətinin məlumatı
Prezidentin Mətbuat Xidmətinin məlumatı
ANA SƏHİFƏ / Məktublar
04:05 07.05.2018

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Dövlətimizin başçısı Vladimir Putini Rusiya Federasiyasının Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə fəaliyyətində yeni uğurlar arzulayıb. Dövlətimizin başçısı, eyni zamanda, Rusiya Prezidentinə qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə də təbriklərini çatdırıb.

Prezident Vladimir Putin təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və öz növbəsində dövlətimizin başçısını qarşıdan gələn 9 May - Qələbə günü münasibətilə təbrik edib.

Prezident İlham Əliyev təbrikə görə təşəkkür edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlıq əlaqələrinin uğurlu inkişafını qeyd edib, ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.