Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:42 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Avropa Parlamenti ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır
Azərbaycan Avropa Parlamenti ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır
ANA SƏHİFƏ / PARLAMENT
04:05 07.05.2018

Mayın 7-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, spiker Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin ölkəmiz ilə Avropa Parlamenti arasında əlaqələrin bərpa olunmasına öz töhfəsini verdiyini deyib. Bildirib ki, Azərbaycan Avropa Parlamenti və onun qurumları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır və bu istiqamətdə öz səylərimizi əsirgəmirik. Bu cür qarşılıqlı səfərlərin, görüşlərin böyük əhəmiyyəti var.

Oqtay Əsədov vurğulayıb ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq ortaq dəyərlərə söykənməlidir. Bu əlaqələrin hərtərəfli genişlənməsində hər iki tərəf maraqlıdır. Bu marağımızın bariz nümunəsi isə 2017-ci ilin noyabrında Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitində Azərbaycan Prezidentinin iştirakıdır.

Oqtay Əsədov bildirib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ümumiyyətlə, Şərq Tərəfdaşlığı üzrə Azərbaycan və Ukrayna Avropa İttifaqı üçün ən əsas ticari tərəfdaşlardır. Azərbaycan, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın ortaya qoyduğu siyasi iradə ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, eləcə də yekunlaşmaqda olan TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır.

Azərbaycan və Avropa İttifaqı ölkələri arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən O.Əsədov parlamentlər arasında əlaqələrin də bu cür səviyyənin arzuedilən olduğunu deyib.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim bildirib ki, iki il əvvəl Milli Məclisdə baş tutan görüşdən sonra əlaqələrdə böyük irəliləyiş əldə olunub. Aİ ilə Azərbaycan arasında hazırda hərtərəfli saziş üzərində danışıqlar davam etdirilir və bu iki il ərzində görülən işlərin böyük əhəmiyyəti var ki, danışıqlar daha asan keçirir. Biz Azərbaycanla münasibətdə hər zaman açıq dialoqa hazırıq. Sevindirici haldır ki, Azərbaycan da eyni mövqedədir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM