Alternative content

07:52 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Professor Eldar Quliyev BMT-nin İctimai Mükafatlar üzrə Şurasının “Elm və sülhməramlı səfiri” fəxri adına layiq görülüb
Professor Eldar Quliyev BMT-nin İctimai Mükafatlar üzrə Şurasının “Elm və sülhməramlı səfiri” fəxri adına layiq görülüb
ANA SƏHİFƏ / Elm və texnika
03:05 07.05.2018

Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev müəllifi olduğu “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabına və beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Elm və sülhməramlı səfir” fəxri adına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar təqdimat mərasimi iyunun 1-də Bakıda təşkil ediləcək beynəlxalq elmi konfrans çərçivəsində keçiriləcək.

Xatırladaq ki, Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görülüb.

Çağdaş dövrümüzdə bəşəriyyəti narahat edən əsas məsələlərdən biri olan qlobal ərzaq təhlükəsizliyi xüsusilə də ərzaq təhlükəsizliyinə görə həssas ölkələrdə sülhü hər vəchlə qorumağa nail olmaq baxımından vacib amildir. Ərzaq təhlükəsizliyi həm də elmi yanaşma tələb edən bir məsələdir. Xüsusən, 2008-ci ildə dünyada baş qaldıran iqtisadi böhrandan sonra ərzaq təhlükəsizliyinin qlobal problem kimi aktuallaşması bu istiqamətdə elmi araşdırmaları, yəni, problemin həllinə elmi yanaşmanı zəruri edib. Bu baxımdan professor Eldar Quliyevin araşdırmaları, ərzaq təhlükəsizliyinə dair tədqiqatları, elmi baxışları, fikir və mülahizələri diqqəti cəlb edir. “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitab da məhz qlobal miqyasda ərzaq təhlükəsizliyi məsələlərinə həsr olunub. Kitabda ərzaq çatışmazlığının səbəbləri və problemlərdən çıxış yolları elmi əsaslarla göstərilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM