Alternative content

23:22 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Eurovision-2018” mahnı müsabiqəsinin rəsmi açılışı olub
“Eurovision-2018” mahnı müsabiqəsinin rəsmi açılışı olub
ANA SƏHİFƏ / Mədəniyyət
12:05 07.05.2018

Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision-2018" beynəlxalq mahnı müsabiqəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir. Məlumata görə, təntənəli açılış mərasimi Lissabonun İncəsənət, Memarlıq və Texnologiya Muzeyində keçirilib.

Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"in birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.

Azərbaycanı müsabiqədə "X my heart" mahnısı ilə Aysel Məmmədova təmsil edir.

Püşkatmaya əsasən, ölkəmizi müsabiqədə təmsil edən Aysel Məmmədova birinci yarımfinalın ilk yarısında çıxış edəcək.

Ölkəmizin bu mərhələdə rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələri olacaq.

Finala hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq.

Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq müsabiqənin qalibi adını qazanıb.