Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

19:02 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
12:05 06.05.2018

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 1997) aşağıdakı dəyişikliklər edilsin:

1.  6.3-cü maddənin birinci cümləsinə “12.3-cü maddəsində nəzərdə tutulmuş” sözlərindən sonra “neqativ məlumatları təqdim edən” sözləri əlavə edilsin.

2.  12-ci maddə üzrə:

2.1. 12.4.1-ci maddədə “12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda” sözləri “12.2.5-ci maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda məlumatların, 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən” sözləri ilə əvəz edilsin;

2.2.  12.5-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu qanunun 12.1-ci və 12.2-ci (12.2.5-ci maddəsi istisna olmaqla) maddələrində nəzərdə tutulmuş məlumat təchizatçıları kredit tarixçəsinin subyekti barədə neqativ və pozitiv məlumatları onun razılığını almaqla (bu qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda istisna olmaqla) kredit bürosuna təqdim edirlər.”.

3.    13-cü maddə üzrə:

3.1.    13.3.1-ci maddədə “alınmasına” sözü “alınması və bu qanunun 23.3-1-ci maddəsində nəzərdə tutulmuş halda” sözləri ilə əvəz edilsin;

3.2.  13.2.3-cü maddədə  “müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada” sözləri “icraatlarında olan işlərlə əlaqədar” sözləri ilə, “müqavilələrin” sözü “müqavilələrinin” sözü ilə əvəz edilsin.

4.    14-cü maddə üzrə:

4.1.   14.0.1-ci maddədə “12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda” sözləri “12.2.5-ci maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən və bu qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda məlumatların, 12.3-cü maddəsində nəzərdə tutulmuş məlumat təchizatçıları tərəfindən” sözləri ilə əvəz edilsin;

4.2.   14.0.2-ci maddəyə ikinci halda “alınmasına” sözündən sonra “və bu qanunun 23.3-1-ci maddəsində nəzərdə tutulmuş halda” sözləri əlavə edilsin.

5.   15-ci maddə üzrə:

5.1.  15.5-ci maddədə “maddələrinə” sözü “maddələrində” sözü ilə əvəz edilsin;

5.2.   15.7-ci maddədən “(o cümlədən bu qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş halda)” sözləri çıxarılsın.

6.   16.1-ci maddə üzrə:

6.1.   16.1.5-ci maddədə “gündən” sözü “günündən” sözü ilə əvəz edilsin;

6.2.    16.1.10-cu maddədə “müqavilələrdən” sözü “müqavilələrindən” sözü ilə əvəz edilsin.

7.   21-ci maddə üzrə:

7.1.   21.1-ci maddənin ikinci cümləsi çıxarılsın;

7.2.   21.4-cü maddəyə “nəzarət orqanı” sözlərindən sonra “, notariuslar” sözü əlavə edilsin.

8.    22.5-ci maddədə “düzgün olmayan məlumatı kredit bürosuna təqdim etdikdə və ya həmin məlumatı vaxtında yeniləmədikdə” sözləri “aidiyyəti məlumatı vaxtında yeniləmədikdə və ya düzgün olmayan məlumatı kredit bürosuna təqdim etdikdə” sözləri ilə əvəz edilsin.

9.   23-cü maddə üzrə:

9.1.   23.1-ci maddədə “iki” sözü “üç” sözü ilə əvəz edilsin;

9.2.   23.2-ci maddədən “neqativ” sözü çıxarılsın;

9.3.   23.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“23.3. Mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi aşağıdakı qaydada dayandırılır:

23.3.1. məlumat istifadəçilərinə - 2018-ci il aprelin 1-dən;

23.3.2. kredit bürolarına - bu qanunun 23.1-ci maddəsində göstərilmiş müddət bitdiyi gündən (müvafiq icra hakimiyyəti orqanının qərarı ilə kredit bürolarına məlumatın verilməsi bərpa edilir və yenidən dayandırılır).”;

9.4.   aşağıdakı məzmunda 23.3-1-ci maddə əlavə edilsin:

“23.3-1. Kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 aprel 2018-ci il

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM