Alternative content

04:27 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV SDU-da iqtisadi təhlükəsizlik mövzusunda beynəlxalq elmi konfrans olub
SDU-da iqtisadi təhlükəsizlik mövzusunda beynəlxalq elmi konfrans olub
ANA SƏHİFƏ / Elm və texnika
12:05 06.05.2018

 

Sumqayıt Dövlət Universitetində “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransı universitetin rektoru professor Elxan Hüseynov açaraq SDU-nun yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə məlumat verib.  Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi bu gün müstəqil Azərbaycan Respublikasında dövlət, eləcə də beynəlxalq və türk dünyası səviyyələrində qeyd edilir. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

E.Hüseynov bildirib ki, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması Azərbaycanın bugününə və gələcəyinə olan inamı nümayiş etdirdi. “Əsrin müqaviləsi” uzaq gələcəyə hesablanmış sazişdir. Son illər  Prezident İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa çatdırıb. Davamlı və dinamik inkişafı özündə ehtiva edən özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır və yeni-yeni uğurlara imza atır.

Konfransın plenar iclasının sonunda Özbəkistan Respublikasının Daşkənd Maliyyə İnstitutu və Sumqayıt  Dövlət Universiteti arasında  təhsil və elmi tədqiqat sahəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

“İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov, Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri dosent Vüqar Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin elm şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov, o cümlədən, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan  və digər ölkələrin aparıcı universitetlərinin iqtisadçı alimləri  iştirak ediblər.

 

Akif ƏLİYEV,

“Azərbaycan”