Alternative content

01:18 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rektor Gülçöhrə Məmmədova: Hər iki məktəb əməkdaşlığın genişlənməsi üçün yeni layihələr icra edəcək
Rektor Gülçöhrə Məmmədova: Hər iki məktəb əməkdaşlığın genişlənməsi üçün yeni layihələr icra edəcək
ANA SƏHİFƏ / Təhsil
06:05 04.05.2018

Türkiyənin İzmir şəhərində yerləşən Heydər Əliyev adına Peşə və Texniki Anadolu Liseyinin bir qrup əməkdaşı Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə AzMİU-nun nəzdində yerləşən İnşaat Kollecinin “Tək millət, iki dövlət” adlı qardaş məktəblər layihəsi çərçivəsində Türkiyənin Heydər Əliyev adına Peşə və Texniki Anadolu liseyi ilə dostluq etdiyini alqışlayan G.Məmmədova bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib. “Düşünürəm ki, bu dostluq davamlı olacaq və hər iki məktəb əməkdaşlığın genişlənməsi üçün yeni layihələr icra edəcək”. G.Məmmədova bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi Türkiyə universitetləri ilə də işgüzar əməkdaşlıq əlaqələri qurub. Sonra rektor AzMİU-nun tarixi, beynəlxalq əlaqələri, fakültə və ixtisasları barədə qonaqlara ətraflı məlumat verib, qonaqlara hədiyyələr təqdim edib.

Nümayəndə heyətinin başçısı İzmir Aliağa Şəhər Milli Təhsil İdarəsinin müdiri Ogün Derse ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində Azərbaycana səfər etməklərindən məmnun olduqlarını, özlərini evlərindəki kimi hiss etdiklərini rektorun diqqətinə çatdırıb. O bildirib ki, bu əməkdaşlığın daha geniş istiqamətdə davam etdirilməsində maraqlıdırlar.

Liseyin müdiri Mehmet Sıtkı Arı Azərbaycan ilk dəfə gəldiyini, özlərinə qarşı səmimi və isti münasibət gördüklərini dilə gətirib. O, İnşaat Kolleci ilə ikitərəfli əlaqələrin bundan sonra yeni məzmunda inkişaf etdiriləcəyini deyib, əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin gerçəkləşdirilməsini təklif edib.

Görüşdə iştirak edən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə birinci katibi Nəcibə Nəsibova hər iki təhsil müəssisəsi arasında əməkdaşlığın faydalı olacağını, bu əlaqələrin inkişaf etdirilməsi üçün lazım olan dəstəyi göstərəcəklərini bildirib.