Alternative content

00:31 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndoneziya Respublikasının Prezidenti Coko Vidododan
İndoneziya Respublikasının Prezidenti Coko Vidododan
ANA SƏHİFƏ / Məktublar
05:05 04.05.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İndoneziya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə bağlı hökumətim və xalqım adından Zati-alinizə səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Ötən 25 il ərzində daim güclənməkdə olan əlaqələrimizin inkişafı və təşviq edilməsi istiqamətində ölkələrimizin böyük səylərinin şahidi olmuşuq. Bu xoş fürsətdən istifadə edərək, İndoneziyanın Azərbaycan ilə müxtəlif sahələr üzrə yaxın əməkdaşlığın davam etdirilməsində qərarlı olduğunu bir daha vurğulamaq istərdim.

Mən dərindən inanıram ki, mövcud əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün birgə səylərimizi davam etdirəcəyik. Bunun üçün Zati-alinizin hər iki tərəfə münasib tarixdə İndoneziyaya səfər etməsindən şərəf duyardım.

Mən əminəm ki, Sizin səfəriniz xalqlarımızın mənafeyi naminə İndoneziya ilə Azərbaycan arasındakı səmimi əməkdaşlığın daha da inkişaf etməsinə yol açacaqdır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Coko Vidodo

İndoneziya Respublikasının Prezidenti