Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

05:00 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Güləm qida və enerji mənbəyidir
Güləm qida və enerji mənbəyidir
ANA SƏHİFƏ / Səhiyyə
05:05 04.05.2018

 

Arılar çiçək tozunu toplayaraq bal və arı südü ilə qarışdırıb pətəkdəki yuvalara yığır, işçi arılar onları başları ilə yuvaya doldurur və üstünü şirələyirlər. Çiçək tozu bal və arı südü ilə biokimyəvi reaksiyaya girərək konservləşir və nəticədə kimyəvi cəhətdən çiçək tozundan fərqlənən daha qiymətli bir məhsula çevrilir. Onu “arı çörəyi”- güləm və ya perqa adlandırırlar. Arı südü, propolis və balın xüsusiyyətlərini özündə birləşdirir.

AZƏRTAC tibbi saytlara və təcrübəli arıçılara istinadən güləmin güclü qida və enerji mənbəyi olduğunu xəbər verir. Onun tərkibi şəkər və K vitamini ilə daha zəngindir, yüksək turşuluğa malikdir. Güləm arı balasının qidasıdır, yumurtadan çıxan balalar 3-4 gün onunla qidalandıqdan sonra böyüyərək işçi arı kimi uçuşa çıxırlar. Arı ailəsi güləmsiz inkişaf edə bilməz.

Bununla yanaşı, onun tərkibində çiçək tozunda olan maddələrlə yanaşı, çoxlu üzvi turşular və fermentlər var. Enterokolit, kəskin və xroniki kolit, disbakterioz, xroniki qəbizlik, nazik və yoğun bağırsaq xəstəliklərində yaxşı təsir göstərir. Yodla zəngin olduğu üçün güləmdən endokrin xəstəliklərdə, şəkərli diabet və endemik zobun profilaktikasında istifadə olunur. Çiçək tozu və güləm qanda xolesterini aşağı saldığına görə ateroskleroz mənşəli xəstəliklərdə, hipertoniya, beyin patologiyaları və ürəyin işemik xəstəliklərində müalicə vasitəsi kimi tətbiq edilir. Çiçək tozu dəmirlə zəngin olduğuna görə qanazlığında, cərrahi əməliyyatlardan sonrakı dövrlərdə, qan itirmələrində, natrium, maqnezium və mineral duzlarla zəngin olduğu üçün damar xəstəlikləri və su-duz mübadiləsinin pozulmalarında istifadə olunur. Xroniki və kəskin hepatitlərdə, qara ciyər sirrozunda, prostatit və cinsi xəstəliklərdə istifadə edilir. Orqanizmi ağır metal duzları, şlaklar, zəhərli maddələr və radiasiyadan təmizləyir.

Güləm qidaya normal və diyetik əlavə kimi tətbiq edilir. Öd ifrazını yaxşılaşdırır, mədə-bağırsağın iltihabını azaldır, yuxarı tənəffüs yollarının iltihabı, bronxit, bronxial astma və vərəm kimi xəstəliklərin profilaktikasında məqsədilə vitamin preparatı kimi istifadə edilir.

Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı güləm dilin altına qoyulur və tam sorulana kimi saxlanır. Uşaqlara gündə 2 dəfə yarım çay qaşığı verilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM