Alternative content

16:36 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kulinarlarımızın növbəti uğuru
Kulinarlarımızın növbəti uğuru
ANA SƏHİFƏ / Mədəniyyət
05:05 04.05.2018

Milli Kulinariya Mərkəzinin aşpazları Türkiyədə Beynəlxalq Kulinariya Çempionatında böyük uğurlar əldə edib. Mərkəzin 5 komanda üzvünün iştirak etdiyi yarışmada aşpazlarımız 6 qızıl və bir 1 gümüş medal qazanıblar. Kulinarlarımız iştirak etdikləri bütün yarışlarda yüksək nəticə əldə etməyi bacarıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 4-də “Trend” İnformasiya Agentliyinin Mətbuat Mərkəzində milli aşpazlarımızın Afyon və İzmir şəhərlərində təşkil edilən müsabiqədə qazandıqları uğurlara həsr edilmiş mətbuat konfransında səslənib.

Azərbaycan Milli Kulinariya Mərkəzinin ( MKM) prezidenti Tahir Əmiraslanov yarış barədə ətraflı məlumat verərək bildirdi ki, müsabiqədə ölkəmizi 5 nəfərdən ibarət milli komanda təmsil edib. Yarışa 44 ölkəni təmsil edən aşpazlar qatılıb.

Beynəlxalq münsiflər heyətinə rəhbərlik edən Tahir Əmiraslanov deyib ki, aşpazları Türkiyə, Almaniya, Belçika, İtaliya, Rumıniya, Yunanıstan və Braziliyadan olan peşəkarlar qiymətləndirib.

Kulinariya Çempionatı çərçivəsində eyni zamanda, müxtəlif qida və əl işlərindən ibarət sərgi də açılıb.

Bildirilib ki, təmsilçilərimizdən Araz Əhmədov, Sərxan Məmmədov və Azər Qədirov müxtəlif nominasiyalarda ən yüksək bal toplayaraq ilin aşpazı adına layiq görülüblər.

Gələcəkdə bu cür yarışların davamı olacağını bildirən Kulinariya Mərkəzinin rəhbəri İzmir şəhərində müəllim və tələbələrə ustad dərsi keçdiyini və onlara Azərbaycan mətbəxi barədə geniş məlumat verdiyini bildirib.

Vurğulanıb ki, Türkiyədə təşkil olunan Beynəlxalq Kulinariya Çempionatı bu ilin sonunda keçiriləcək II Dünya Halal İslam Mətbəxi yarışlarına hazırlıq məqsədi daşıyıb.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.