Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

07:51 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ulu Öndərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub
Ulu Öndərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub
ANA SƏHİFƏ / Elm və texnika
03:05 04.05.2018

Mayın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu dilimizin inkişafı, qorunması və təbliği istiqamətində ölkəmizdə həyata keçirilən dövlət proqramları və layihələrdən söz açıb. Akademik bildirib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Ulu Öndərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib.

Vurğulanıb ki, Azərbaycana rəhbərlik etdiyi ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olan Ulu Öndərin təşəbbüsü və qətiyyəti ilə Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) əksini tapıb. Respublikada Azərbaycan dilinin rəsmiliyi təmin edilib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib. Akademik bildirib ki, sovet hakimiyyəti illərində ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Dövlət Mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği Ulu Öndərin cəsarəti və düşünülmüş siyasəti nəticəsində mümkün olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan dilinin inkişafı, onun təbliği və yad təsirlərdən qorunması istiqamətində Heydər Əliyev siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması da bunun parlaq göstəricisidir. Azərbaycan ədəbiyyatının latın qrafikasında yenidən nəşri məhz dövlətimizin başçısının təşəbbüsü ilə reallaşıb.

Azərbaycan dövlətinin dil siyasətindən söz açan M.Nağısoylu Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamının əhəmiyyətini qeyd edib, ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb.

Konfransda professor Sayalı Sadıqovanın “Heydər Əliyev və Azərbaycan dilinin inkişafı”, professor İsmayıl Məmmədlinin “Heydər Əliyevin dövlət dili siyasəti”, Dilçilik İnstitutunun dissertantı Nağdəli Zamanovun “Fenomenal siyasi natiq - Heydər Əliyev” mövzularında məruzələri dinlənilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM