Alternative content

07:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib
Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib
ANA SƏHİFƏ / Səfərlər
11:05 04.05.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaza səfəri çərçivəsində Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Son 15 ildə bu sahədə çox mühüm uğurlar əldə olunub və bu istiqamətdə layihələrin icrası davam etməkdədir. Yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir.

Son dövrlərdə rəmzi “40 yol” layihəsi çərçivəsində Xaçmazda Çarxı-Qalağan-Hacılar-Xanlıqoba- Sayad-Məmmədxanlı avtomobil yolunda da mühüm işlər həyata keçirilib. Ümumi uzunluğu 29 kilometr olan bu yolun müasir səviyyədə tikilməsi sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır. Bu tədbirlərin icrası, ilk növbədə, əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan rayonların deyil, ümumilikdə, həmin regionun sosial-iqtisadi inkişafına töhfə verir, turizm axınının davamlı olmasını təmin edir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 8 min nəfər əhalinin yaşadığı 8 məntəqəni birləşdirən, dördüncü texniki dərəcəli bu yolun hərəkət hissəsinin eni 6 metr, 2 hərəkət zolağının hər birinin eni 3 metr, hər iki tərəfdə çiyinlərinin eni 2 metr, ümumi torpaq yatağının eni isə 10 metrdir. İki laydan ibarət asfalt-beton örtüyün salınmasına 50,1 min ton asfalt-beton qarışığı sərf edilib. Yol boyunca 84 poqonmetr müxtəlif diametrli suötürücü borular tikilib, 145 yol nişanı və göstərici lövhə quraşdırılıb, 87 min metr uzunluğunda yol cizgi xətləri çəkilib. Avtomobil yolunun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “8 saylı Xüsusi Təyinatlı Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.