Alternative content

21:41 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azercell”in dəstəyi ilə III Buktreyler Festivalının qalibləri müəyyən olunub
“Azercell”in dəstəyi ilə III Buktreyler Festivalının qalibləri müəyyən olunub
ANA SƏHİFƏ / ELANLAR
12:05 04.05.2018

 

2 may 2018-ci il tarixində “Azercell Telekom” MMC-nin tərəfdaş qismində iştirak etdiyi III Buktreyler Festivalının Qala gecəsi baş tutub. Gecədə festivalın qaliblləri elan olunub və mükafatlandırma mərasimi keçirilib. Beləliklə, birinci yerə xalq yazıçısı Anarın seçilmiş əsərlərinə çəkdiyi treylerə görə Tural Kərimov adlı müəllif layiq görülüb. İkinci yeri Firdovsi Nəbiyev “Şahid” buktreyleri və Cavid Nuriyev “İkimizin hekayəsi” işi ilə paylaşıblar. Üçüncü yerə isə Sərdar Tağıyev “Almafobiya”, Binyamin Sailov “Can nənə, bir nağıl de” və Eybulla Ağadadaşov “Bulud bağçaları” treylerləri ilə layiq görülüblər.

1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qalibləri uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatı qazanıblar. Müsabiqəyə təqdim olunmuş buktreylerlərə ölkəmizin tanınmış yazıçıları, kinoşünasları və ictimai xadimlərinin daxil olduğu münsiflər heyəti qiymət verib. Qeyd edək ki, mütaliənin və maariflənmənin cəmiyyətimizdə təbliği, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması məqsədi daşıyan festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən buktreylerlər iştirak ediblər.

Tədbirdə “Azercell”in nümayəndəsi hələ 2015-ci ildə şirkət tərəfindən təqdim olunan Bookmate kitabxanasının texniki göstəricilərindən bəhs edib, bütün iştirakçılara mobil əlavədən 1 aylıq, qaliblərə isə 1 illik istifadə kodları hədiyyə edilib.

Mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra uğurlu layihələrə imza atan “Azercell Telekom” bundan sonra da gənclər arasında bu istiqamətdə sosial layihələrin həyata keçirilməsinə dəstək olacaq.