Alternative content

13:04 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Dostluq” ordenli bəstəkar və dirijor, SSRİ Xalq Artisti, Dağıstanın Xalq Artisti, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Murad Kajlayevdən
“Dostluq” ordenli bəstəkar və dirijor, SSRİ Xalq Artisti, Dağıstanın Xalq Artisti, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Murad Kajlayevdən
ANA SƏHİFƏ / Məktublar
07:05 03.05.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bilirəm ki, Siz də dahi atanız Heydər Əliyev kimi hər zaman öz xalqınızın mədəniyyətini və incəsənətini yüksək dəyərləndirir və dəstəkləyirsiniz. İnanıram ki, bənzərsiz və nadir Azərbaycan mədəniyyəti Sizin rəhbərliyiniz altında bundan sonra daha da inkişaf edəcək və yüksək zirvələr fəth edəcək.

Mən fəxr edirəm ki, dünyaya göz açdığım, boya-başa çatdığım, ailə qurduğum və çox yüksək keyfiyyətli təhsil aldığım sevimli Azərbaycana məhz Siz rəhbərlik edirsiniz.

Sizə və Mehriban xanıma cansağlığı, səadət, doğma Vətəninizin tərəqqisi yolunda böyük uğurlar diləyirəm.

Dərin hörmət və ehtiramla,

 

Murad Kajlayev

“Dostluq” ordenli bəstəkar və dirijor,

SSRİ Xalq Artisti, Dağıstanın Xalq Artisti,

professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM