Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

23:11 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalq Rəssamı Tokay Məmmədov son mənzilə yola salınıb
Xalq Rəssamı Tokay Məmmədov son mənzilə yola salınıb
ANA SƏHİFƏ / Mədəniyyət
07:05 03.05.2018

 

Mayın 3-də Təzəpir məscidində Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, Xalq Rəssamı Tokay Məmmədovla vida mərasimi keçirilib.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev professor Tokay Məmmədovun vəfatını böyük itki kimi dəyərləndirib. Azərbaycan mədəniyyətində özünəməxsus yeri və xidmətləri olan görkəmli heykəltəraşın keçdiyi sənət yolunu xatırladan nazir deyib: “Paytaxtımızın bugünkü görkəminə istedadlı heykəltəraş böyük töhfələr verib. Biz hər dəfə Bakının küçələrindən keçəndə onun yaratdığı heykəllərlə qarşılaşacaq və onu xatırlayacağıq”.

Nazir, həmçinin Tokay Məmmədovun dahi şəxsiyyətlərin unudulmaz obrazlarını monumental abidələrə çevirərək mədəniyyət xəzinəmizi daha da zənginləşdirdiyini qeyd edib, heykəltəraşın son əsərlərindən biri olan Koroğlu abidəsini mükəmməl yaradıcılıq nümunəsi kimi dəyərləndirib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov Tokay Məmmədovun Pyotr Sabsay, Fuad Əbdürrəhmanov, Cabbar Qaryağdı, eləcə də anası Zivər Məmmədova kimi sənətkarların yaradıcılıq yolunun layiqli davamçısı olduğunu söyləyib və onun uzun illər davam edən pedaqoji fəaliyyətindən, tələbkar və prinsipial xarakterə malik olmasından bəhs edib.

Milli Məclisin deputatı, akademik Rafael Hüseynov XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin ən istedadlı nümayəndələrindən olan Tokay Məmmədov haqqında danışarkən onun əsərlərinin rəhbərlik etdiyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin salonlarını bəzədiyini bildirib. Sənətkarın yaradıcılıq məziyyətlərindan danışan akademik Rafael Hüseynov Tokay Məmmədovun əsərlərində tarixin bu və ya digər məqamının həkk olunduğunu qeyd edib. “Bakı Musiqi Akademiyasının qarşısında ucalan Üzeyir Hacıbəylinin heykəlini Tokay Məmmədovun şah əsəri hesab etmək olar. Hər dəfə həmin heykəlin qarşısından keçəndə həm də Tokay müəllimə salam vermiş olacağıq”, - deyə akademik vurğulayıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev görkəmli heykəltəraşın yaradıcılıq və pedaqoji fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Ailə üzvləri adından sənətkarın oğlu Cahangir Məmmədov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə minnətdarlığını bildirib.

Vida mərasimində çıxış edənlərin dediyi kimi, böyük sənətkarlar heç vaxt həyatdan getmirlər, onlar yaratdıqları əsərlərdə özlərini hissə-hissə, zərrə-zərrə yadigar qoyub gedirlər. Tokay Məmmədov da belə sənətkarlardan idi.

Vida mərasimi başa çatandan sonra görkəmli sənətkarın cənazəsi son mənzilə yola salınıb.

Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM