Alternative content

20:24 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında
ANA SƏHİFƏ / Fərmanlar
12:05 03.05.2018

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında əhalinin mənzil təminatının daha da yaxşılaşdırılması və ipoteka kreditlərinə çıxış imkanlarının artırılması, ipoteka və kredit zəmanət mexanizminin risklərinin minimallaşdırılması məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N12  (I kitab), maddə 2328) aşağıdakı dəyişikliklər edilsin:

2.1.      aşağıdakı məzmunda 2.2.2-1-ci yarımbənd əlavə edilsin:

“2.2.2-1. yaşayış sahələrini alır və satmaq öhdəliyi ilə kirayəyə verir;”;

2.2.      2.2.5-ci yarımbənddə “Elektron ipoteka” sözləri “Elektron ipoteka və kredit zəmanət” sözləri ilə əvəz edilsin;

2.3.      4.4.10-cu yarımbənd ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1.      Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra - Fond) vergi öhdəliklərindən azad edilməsi, habelə bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, Fond tərəfindən təminat üzrə ödəniş edilməsi hallarında borcalanların və müvəkkil bankların vergi öhdəliklərindən azad edilməsi ilə bağlı qanun layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2.      2018-ci il yanvarın 1-dən dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019-2021-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etsin;

3.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası üç ay müddətində fondun vəzifələrinin icrası ilə bağlı müvəkkil bankların ipoteka kreditləşməsində, eləcə də kredit zəmanət sisteminin fəaliyyətində aktiv iştirakını təmin etmək üçün banklar üzrə xüsusi iqtisadi tənzimləmə (prudensial) normativlərini və tələblərini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Fond:

6.1.      bu fərmanın 2.1-ci bəndinə müvafiq olaraq yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsinə dair qaydanın layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2.      fəaliyyət istiqamətləri üzrə yarana biləcək mümkün maliyyə itkilərinin ödənilməsi üçün xüsusi ehtiyat fondların yaradılmasını təmin etsin;

6.3.      bu fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 may 2018-ci il