Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

06:03 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Zərifə Əliyeva haqqında kitabın və elektron məlumat bazasının təqdimatı olub
Akademik Zərifə Əliyeva haqqında kitabın və elektron məlumat bazasının təqdimatı olub
ANA SƏHİFƏ / Mədəniyyət
05:05 02.05.2018

Mayın 2-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli oftalmoloq-alim, Əməkdar Elm Xadimi, akademik Zərifə Əliyevaya həsr edilmiş “Zərifə Əliyeva. Biblioqrafiya” kitabının və “Zərifə xanım Əliyeva – 95” adlı elektron məlumat bazasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli alimin keçdiyi həyat yolu haqqında məlumat verib. Biblioqrafiyanın əhəmiyyətindən danışan direktor deyib ki, bu nəşr Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi əsasında ərsəyə gəlib. “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından oxuculara təqdim olunan bu yeni biblioqrafiyaya yeni bölmələr və yarımbölmələr əlavə edilib. Yeni nəşrdə son illərin materialları da öz əksini tapıb. Biblioqrafiya alimin 1958-2018-ci illərdə Azərbaycan, rus və ingilis dillərində nəşr edilmiş kitabları, elmi konqres, sessiya və konfrans materiallarında və dövri mətbuatda dərc edilmiş məqalələri haqqında materialları əhatə edir. Nəşrdə “Görkəmli şəxsiyyətlər Zərifə Əliyeva haqqında”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Zərifə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi” bölmələri yer almaqla yanaşı, ilk dəfə olaraq “Zərifə Əliyeva dünya kitabxanalarında” bölməsi əlavə edilib. Vəsaitə daxil edilmiş materiallar xronoloji ardıcıllıqla, daxildə isə əlifba sırası ilə qruplaşdırılıb. Qeyd edilib ki, vəsaitin sonunda oxuculara kömək göstərmək və biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə köməkçi bölmələr - “Zərifə Əliyevanın əsərlərinin əlifba göstəricisi”, “Zərifə Əliyeva haqqında yazan müəlliflərin əlifba göstəricisi və “Həmmüəlliflərin əlifba göstəricisi” də tərtib olunub.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev böyük alim, akademik Zərifə Əliyevanın elmi, fəaliyyətindən, onun ömür-gün yoldaşı ulu öndər Heydər Əliyevə olan böyük sevgisindən danışıb. Nazir müavini deyib ki, Azərbaycanın səhiyyəsinə böyük töhfələr vermiş bu insanı xatırlayanda hər bir azərbaycanlının gözü önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan, əziz xatirəsi milyonlarla insanın qəlbində yaşayan, insanların gözlərinə nur verən görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, biz nəcib Azərbaycan qadını, böyük bir nəslin layiqli övladı, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt, geniş erudisiya, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayır. Zərifə xanım kövrək çiyinlərində böyük məsuliyyət və fədakarlıqla Ümummilli Liderlə çiyin-çiyinə getmək, onun dayağı olmaq, qayğısına qalmaq və ağır günlərdə dərdinə şərik olmaq yükünü daşıdı. O övladlarını layiqli vətəndaşlar kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirdi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Əliyev görkəmli alimin yaradıcılığından, insani keyfiyyətlərindən söz açıblar. Bildirilib ki, onun mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə, tibb işçilərinin hazırlanmasında böyük əmək sərf etməsi danılmazdır. Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Tədbirdə digər çıxış edənlər də alimin yaradıcılığı və gördüyü işlərlə bağlı fikirlərini bölüşüblər.

Sonra “Zərifə xanım Əliyeva – 95” elektron məlumat bazasının təqdimatı olub.

Tədbir çərçivəsində Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Zərifə Əliyeva” adlı kitabının yenidən çap olunmuş variantı da təqdim edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM