Alternative content

21:24 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yuxudan doymamaq yuxu pozuntusu əlamətidir
Yuxudan doymamaq yuxu pozuntusu əlamətidir
ANA SƏHİFƏ / Səhiyyə
05:05 02.05.2018

Yuxusuzluq təkcə yuxu çatışmazlığı ilə xarakterizə olunmur. Normal yata bilməmək, gec yuxuya getmək və erkən oyanmaq da narahatlıq doğuran məsələdir.

AZƏRTAC xəbər verir ki, yaxşı yuxu gün ərzində daha gümrah olmaq və gözəl görünmək üçün əsas şərtlərdən sayılır.

İnsan gün ərzində orta hesabla 7-8 saat yatmalıdır. Lakin bununla belə yuxuya olan tələbat fərdi olaraq dəyişə bilər. Təkcə normadan az yatanda deyil, lazım olduğundan çox yatanda da yuxu nizamsızlığı baş verir. Sağlam orqanizm ona lazım olan yuxunun qədərini müəyyən edə bilir.

Mütəxəssislərin dediyinə görə, yuxu problemi 90 faiz hallarda psixoemosional problemlərdən, əsasən də nevroz nəticəsində yaranır. Yuxu pozulması ilk növbədə əsəb problemi olması deməkdir. Eyni zamanda, yuxu nizamsızlığının da özünəməxsus növləri var. Həmin növlərə yuxuyagetmə saatından asılı olmayaraq hər gün eyni vaxtda oyanmaq, yuxudan doymamaq, rahat yata bilməmək daxildir.

Uzun müddət davam edən yuxu problemləri təzyiqin, şəkərin yüksəlməsi, ürək döyüntülərinin sayının artması və piylənmə kimi problemlərə səbəb ola bilər. Onu aradan qaldırmaq üçün ilk növbədə nizamsız yuxunun səbəbini tapmaq lazımdır. Yuxudan doymamaq da düzgün olmayan yuxu və yuxu pozuntusu əlamətidir.