02 May 2018 12:05
504
Qanunlar
A- A+

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 655; 2007, № 6, maddə 595; 2009, № 12, maddələr 948, 954, 968; 2011, № 2, maddə 71; 2014, № 10, maddə 1150; 2016, № 6, maddə 1013; 2017, № 5, maddə 713) aşağıdakı dəyişikliklər edilsin:

1.1.      Aşağıdakı məzmunda 1.0.1-1-ci maddə əlavə edilsin:

“1.0.1-1. fitosanitar xidmətləri - bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən mühafizəsi məqsədilə fiziki və hüquqi şəxslərin, habelə dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətləri əsasında fitosanitar karantin baxışının və müayinəsinin aparılması, bitki və bitkiçilik məhsullarında, torpaqda və suda, bitki mühafizə vasitələrində toksikoloji analizlərin aparılması və aqrokimyəvi xidmətlərin göstərilməsi;”;

1.2.      3-cü maddənin adına “nəzarətinin” sözündən sonra “və xidmətinin” sözləri, 3.0-cı maddəyə “nəzarəti” sözündən sonra “və xidməti” sözləri əlavə edilsin;

1.3.      3.0.3-cü və 4.0.4-cü maddələrə “istehsalı,” sözündən sonra “yığılması,” sözü əlavə edilsin;

1.4.      7-ci maddə üzrə:

1.4.1.  7.0.3-cü, 7.0.5-ci və 7.0.8-ci maddələr ləğv edilsin;

1.4.2.  7.0.7-ci maddədə “xidmətinin beynəlxalq təşkilatların tələbləri və tövsiyələri əsasında formalaşdırılması, bu sahədə” sözləri “sahəsində” sözü ilə əvəz edilsin;

1.4.3.  7.0-cı maddə 7.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 7.2-ci maddə əlavə edilsin:

“7.2. Azərbaycan Respublikasında fitosanitar nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.”;

1.5.      8-ci, 9-cu, 10-cu və 13.3-cü maddələr ləğv edilsin;

1.6.      12.1.4-cü, 12.1.5-ci, 13.2-ci (birinci cümlədə), 13.5-ci, 13.6-cı, 14.3 cü, 15.2-ci, 16.1-ci, 17.1.1-ci, 17.2-ci, 17.3-cü, 19.2-ci, 23.3-cü, 27.2.1-ci, 27.2.6-cı, 27.2.7-ci, 27.2.8-ci, 32.1-ci və 34.2.1-ci maddələrdə ismin müvafiq hallarında “dövlət fitosanitar nəzarəti xidməti” sözləri ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;

1.7.      13.1-ci maddənin birinci cümləsindən “(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri və dördüncü cümləsi çıxarılsın;

1.8.      13.2-ci (ikinci cümlədə) və 19.1-ci maddələrdə “Dövlət fitosanitar nəzarəti xidməti” sözləri “Müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;

1.9.      14.1-ci maddəyə “məhsullarının” sözündən sonra “, idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda,” sözləri əlavə edilsin;

1.10.    25-ci maddə üzrə:

1.10.1.  25.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

1.10.2.  “Dövlət fitosanitar xidmətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən göstərilir.”;

1.10.3.  25.2-ci maddədə “dövlət fitosanitar xidmətinin fəaliyyəti ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilsin;

1.10.4.  25.3-cü maddə ləğv edilsin;

1.11.    26.2-ci maddədən “dövlət” sözü çıxarılsın;

1.12.    34-cü maddə üzrə:

1.12.1.  adına “xidmətinin” sözündən əvvəl “nəzarətinin və” sözləri əlavə edilsin;

1.12.2.  34.1-ci maddədə “Dövlət fitosanitar nəzarəti xidmətinin” sözləri “Dövlət fitosanitar xidmətlərinin” sözləri ilə əvəz edilsin;

1.12.3.   34.3-cü maddəyə “fitosanitar” sözündən əvvəl “dövlət” sözü əlavə edilsin.

Maddə 2. Bu qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 fevral 2018-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video