Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:03 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Zərifə Əliyeva adına Lisey 10 yaşını qeyd edib
Akademik Zərifə Əliyeva adına Lisey 10 yaşını qeyd edib
ANA SƏHİFƏ / Elm və texnika
10:05 01.05.2018

Akademik Zərifə Əliyeva adına Lisey 2008-ci il aprelin 28-də görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85-ci ildönümü ərəfəsində açılıb.

AZƏRTAC xəbər verir ki, mayın 1-də Azərbaycan Dövlət Musiqili Dram Teatrında akademik Zərifə xanım Əliyevanın adını daşıyan liseyin yaranmasının 10 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib. Tədbirdə təhsil naziri Ceyhun Bayramov, təhsil nazirinin müavini Firudin Qurbanov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Milli Məclisin deputatları, universitet rektorları, görkəmli elm xadimləri iştirak ediblər.

Liseyin direktoru, Əməkdar Müəllim, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva bildirib ki, işıqlı xatirəsi daim yad edilən xeyirxah insan, fədakar alim, qayğıkeş ömür-gün yoldaşı, dünya oftalmologiya elminə gətirdiyi yeniliklərlə bir çox insanın xilaskarına çevrilən akademik Zərifə Əliyevanın həyat yolu onun adını daşıyan liseyin hər bir üzvü üçün məktəbdir. M.Vəliyeva deyib: “Bu gün liseyimizin yaranmasından 10 il keçir. Liseyin daşıdığı ada və anda sədaqətlə 10 ildir ki, yol gəlirik. Bu günədək liseyi 1237 məzun bitirib. Onların bir çoxu 600-dən yuxarı bal toplayıb, orta statistik göstərici isə 500 baldan yüksək olub. Ötən ilin qəbul imtahanında liseyin iki məzunu 700 bal toplayaraq təhsil birincisi olub. Şagirdlərimizin bir qismi istər ölkədaxili, istərsə də beynəlxalq olimpiadalarda, müsabiqələrdə, konfranslarda çoxlu sayda medal və diplomlara layiq görülüblər. Biz liseyimizin məzunları sayəsində dünyaya da qapı acımışıq. Hazırda liseyin məzunları arasında dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirənlərin sayı az deyil. Bütün bu nailiyyətlərin arxasında həm peşəkar, həm də fədakar müəllim əməyi durur. Biz bilirik ki, göstərdiyimiz xidmətin bəhrəsini gələcək nəsillər də görəcək. Lisey kollektivi olaraq, təhsilə və müəllimə qayğı ilə yanaşan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk”.

Daha sonra liseyin fəaliyyətində xidmətləri olan, hazırda təhsilin müxtəlif sahələrində rəhbər işçi kimi çalışan, eyni zamanda, liseydən təqaüdə gedən müəllimlərə xatirə hədiyyələri verilib. Liseyin formalaşmasında rolu olan müəllimlər adından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edib.

Sonra liseyin 10 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə təhsil naziri Ceyhun Bayramov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov liseyin 10 illik fəaliyyətini yüksək dəyərləndirib, bu məktəbin təhsilə verdiyi töhfələrdən danışıblar.

Sonra C.Bayramovun imzaladığı əmrə əsasən, kollektivin 27 müəlliminə fəxri fərman və təşəkkürnamələr təqdim edilib.

Tədbirdə, həmçinin liseyin teatr dərnəyinin rəhbəri, aktyor Bəhruz Vaqifoğlunun şagirdlərlə birgə hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub.

Kompozisiyada liseyin sosial həyatı, dünya elmi, idman, vətənpərvərliklə bağlı səhnələr nümayiş olunub. Bundan əlavə, qonaqlara liseyin 10 illik fəaliyyətinə həsr olunmuş ”Gələcəyə açılan qapı” adlı jurnallar paylanılıb.

Tədbir lisey məzunlarının təbrik çıxışları ilə yekunlaşıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM