Alternative content

06:40 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər müzakirəyə çıxarılıb
Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər müzakirəyə çıxarılıb
ANA SƏHİFƏ / PARLAMENT
01:05 01.05.2018

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təklif olunan dəyişikliklər barədə məlumat verib.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 33.1.6-cı maddəsinə görə inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal sayılır. 2017-ci il 14 fevral tarixdə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsindən əlavə hərbi vəziyyət dövründə də törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar siyahısına aid edilir. Məcəllədə təklif olunan dəyişikliklərin əsas məqsədi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.

Komitə sədri Ziyafət Əsgərov deyib ki, məcəllənin 88-ci maddəsi inzibati qaydada tutma məsələlərini tənzimləyir. Bu maddəyə görə inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün bir sıra səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu maddədə göstərilən hallarda inzibati qaydada tutma hüququna malikdirlər. “Hərbi vəziyyət haqqında” Qanun qəbul edildikdən sonra hərbi vəziyyət rejiminin tələbləri pozulduqda bu səlahiyyətli orqanların siyahısına hərbi idarəetmə orqanlarının vəzifəli şəxsləri də daxil ediliblər.

Qeyd olunub ki, məcəllənin müvafiq maddələrində fövqəladə vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda – komendant saatı bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda – tutulanın şəxsiyyəti müəyyən edilən müddətədək inzibati qaydada tutula bilər. Həmin maddədə inzibati qaydada tutulan şəxslərin dərhal azad olunması halı da göstərilir. Burada fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazidən əlavə hərbi vəziyyət elan olunmuş ərazi də göstərilir. “Hərbi vəziyyət haqqında” Qanunun 26-cı maddəsi Qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutur. Qanunun bu tələbini təmin etmək məqsədilə İnzibati Xətalar Məcəlləsinə hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutan yeni müvafiq maddə əlavə olunur.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.