Akademik Zərifə Əliyeva bəzi göz xəstəliklərinin müalicəsi istiqamətində dəyərli elmi tədqiqatlar aparıb
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, elm, təhsil və səhiyyə işçilərinin iştirak etdikləri tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim Zərifə Əliyevanın Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafına verdiyi dəyərli töhfələrdən danışıb. Bildirilib ki, akademik Zərifə Əliyeva təbabətdə öz dəst-xətti olan novator alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.
Akademik A.Əlizadə qeyd edib ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanımın şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub, gözlərinə işıq gəlib. O, istedadlı alim, tanınmış ictimai xadim, eyni zamanda, gözəl həyat yoldaşı, qayğıkeş ana olub. A.Əlizadə deyib: “Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayıb. Ulu öndər Heydər Əliyevin yaxın silahdaşı, Prezident İlham Əliyevin tərbiyəçisi olub”.
Sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini diqqətə çatdırıb.
“Zərifə xanımın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxcəhətlidir”,- deyən akademik Ə.Əmiraslanov dünya şöhrətli alimin çoxşaxəli elmi yaradıcılığının 12 monoqrafiya, 160-dan çox elmi iş, bir ixtira və 12 səmərələşdirici təklifdə əksini tapdığını bildirib. Onun sözlərinə görə, bu tədqiqatlar yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, həm də problemin həllinə xüsusi yanaşmadan ibarətdir.
Ə.Əmiraslanov ölkəmizdə ilk dəfə görmə orqanının peşə xəstəlikləri ilə akademik Zərifə Əliyevanın məşğul olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, görkəmli alimin ən böyük uğuru onun yaratdığı elmi məktəbin davam etməsidir. Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində tələbələri onun əməllərini uğurla davam etdirirlər.
Daha sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov görkəmli alimin XX əsr Azərbaycan tibb elminin inkişafındakı müstəsna rolundan danışıb. Böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran görkəmli alimin əvəzsiz xidmətlərini xüsusi qeyd edən mərkəzin direktoru deyib ki, o, Azərbaycanın cənub rayonlarında əhali arasında geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan bütün mübarizə tədbirlərində fəallıq göstərib, peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparıb.
E.Qasımov deyib: “Zərifə xanımın elmi fəaliyyətinin istiqamətləri aktuallığını itirməyib və müasir oftalmoloqlar üçün çox faydalıdır. Azərbaycan oftalmologiyasının bugünkü inkişafı kilinik və elmi baxımdan Zərifə xanımın adı ilə bağlıdır və onun elmi istiqamətlərinin tərkib hissəsidir. Görkəmli alim Azərbaycan oftalmologiyasını bütün dünyada tanıdıb”.
Rəhbərlik etdiyi qurum haqqında məlumat verən E.Qasımov bildirib ki, 1977-ci ildə Zərifə xanım Əliyeva bu mərkəzin Bakıda tikilməsinə dair təşəbbüslər göstərib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistrantı Gülnar Abdullayeva bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən danışıblar.
Sonda görkəmli alimin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib...
24 Aprel
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
24 Aprel
XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük ö...
24 Aprel
Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb
24 Aprel
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib...
24 Aprel
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!