Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

09:54 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gəncədə Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilib
Gəncədə Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş “Zəriflik” Beynəlxalq Musiqi Festivalı keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
01:05 01.05.2018

 

Aprelin 28-də Gəncə Dövlət Filarmoniyasının konsert zalında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev açıb. O, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Zəriflik” Beynəlxalq Musiqi Festivalının ilk dəfə Nizami yurdunda keçirilməsi münasibətilə bütün mədəniyyətsevərləri təbrik edib və bunu şəhərin mədəni həyatında mühüm hadisə adlandırıb.

Qeyd edilib ki, qədim Şərqin elm və mədəniyyət mərkəzlərindən olan Gəncə bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz inkişafının yeni mərhələsini yaşayır. Son illər Gəncədə bir sıra beynəlxalq layihələrin uğurla icra edildiyini deyən Elmar Vəliyev diqqətə çatdırıb ki, 2013-cü ildə Madrid Klubunun, Beynəlxalq Nizami Mərkəzinin tədbirləri bu şəhərdə keçirilib. Həmçinin Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə isə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilib.

Belə tədbirlərin davamlı olacağını deyən icra hakimiyyətinin başçısı bildirib ki, Gəncə 2018-ci ildə Avropanın İdman Şəhəri tituluna sahib olmaq üçün öz namizədliyini irəli sürüb.

Gəncədə son vaxtlar bir çox mədəniyyət mərkəzlərinin istifadəyə verildiyini qeyd edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli onların arasında ötən il dövlət başçısının iştirakı ilə açılan Gəncə Dövlət Filarmoniyasını xüsusi vurğulayıb. Bildirib ki, möhtəşəm memarlıq üslubu ilə istər yerli, istərsə də əcnəbi qonaqlara xoş təsir bağışlayan bu əzəmətli mədəniyyət mərkəzində istənilən beynəlxalq tədbiri keçirmək mümkündür.

Görkəmli oftalmoloq-alim Zərifə Əliyeva ilə bağlı xatirələrindən də danışan Fərhad Bədəlbəyli deyib: “Bu festival Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunduğu üçün tədbirə “Zəriflik” adı vermişik. Zərifə xanım doğrudan böyük bir alim idi, eyni zamanda, musiqini çox sevirdi. Özü pianoda ifa edərdi. Onların evindən hər zaman musiqi səsi gələrdi. Zərifə xanımın xatirəsinə həsr olunmuş bu festival ənənəvi xarakter daşıyacaq”.

Festivalın açılış mərasimində Azərbaycan Respublikasının xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrı çıxış edib. Konsertdə Azərbaycan Respublikasının xalq artistləri Fərhad Bədəlbəyli (piano) və Samir Cəfərov (tenor), əməkdar artistlər Səbinə Əsədova (mezzo-soprano) və Fəridə Məmmədova (soprano), Teymuraz Ququşvili (tenor, Gürcüstan), Olqa Naqornaya (soprano, Ukrayna), Aygün Bayramova (xanəndə), Ehtiram Hüseynov (xanəndə), Ceyla Seyidova (violin), Taleh Yahyayev, Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrının solistləri İqor Korostılyov və Anastasiya Barun ilə yanaşı, digər tanınmış musiqiçilərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi səsləndirilib.

* * *

Gəncə şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Zəriflik” Beynəlxalq Musiqi Festivalının 3-cü günü də möhtəşəm əsərlərin ifası ilə yadda qalıb. Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konsert Gəncə Dövlət Filarmoniyasının konsert zalında baş tutub.

Konsertdə bədii rəhbər Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında əsərlər səsləndirilib. Həmçinin Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri də konsertdə iştirak ediblər.

Repertuarı zəngin olan konsertdə Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin “Arazbarı”, Fikrət Əmirovun “Nizaminin xatirəsinə simfoniya” (4 hissədə), “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Rəqs”, Adil Gərayın “Bağçakürd”, Azər Rzayevin “Düşüncə”, “Qaytağı” əsərləri, eləcə də Karl Bomun “Daimi hərəkət” violin üçün duet, İohan Sebastian Baxın 147 saylı Kantatadan “Xoral”, Volfqanq Amadey Motsartın “Divertisment in D” (final), Ernesto de Kurtisin “Məni unutma” kimi tamaşaçıda dərin lirik psixoloji hisslər yaradan əsərləri və Azərbaycan xalq mahnıları səsləndirilib.

Əsərləri Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov (tenor), İsmayıl Zülfüqarov (tar), Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Məryəm İslamova (qanun), Rəna Sadıxova və Nazənin Kərimova (violin) ifa ediblər.

Böyük tamaşaçı alqışı qazanan hər bir ifa musiqisevərlərdə, eləcə də yerli və xarici qonaqlarda xoş ovqat yaradıb, onları möhtəşəm musiqinin sehrinə salıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM