Muğam Mərkəzində Beynəlxalq Caz Günü
Aprelin 30-da Beynəlxalq Muğam Mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Caz Günü münasibətilə qala-konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək ölkəmizdə caz musiqisinin zəngin və tarixi ənənələrinin olduğunu bildirib. Qeyd edib ki, bu musiqi sənəti ötən əsrin 30-cu illərindən başlayaraq ölkəmizdə populyarlıq qazanıb və sevilməyə başlayıb. Sonralar caz musiqisi öz inkişaf yolunu uğurla davam etdirib və təkrarolunmaz Azərbaycan cazının təməli qoyulub. Keçmiş SSRİ-də Bakı ən qabaqcıl caz məkanlarından biri sayılıb və müstəqilliyimizin bərpasından sonra bu musiqiyə olan sevgi daha artıb. Bu gün caz musiqisi ölkəmizdə ən çox sevilən və maraq doğuran musiqi növlərindən biridir. Dünyada mədəniyyətlərarası mübadilənin inkişaf etdirilməsində, eyni zamanda, tolerantlığın bərqərar olmasında cazın rolu böyükdür. “Fəxr hissi ilə qeyd etmək istəyirəm ki, ölkəmiz mədəniyyətlərarası dialoqun, multikulturalizmin, tolerantlığın və mədəni müxtəlifliyin təşviqinə öz dəyərli töhfəsini verir. Azərbaycan bu sahədə nümunəvi və nadir məkanlardan biri sayılır, o cümlədən caz musiqisi ilə tanınır”, - deyə Elnur Sultanov vurğulayıb.
Diqqətə çatdırılıb ki, UNESCO 2011-ci ildən 30 aprel tarixini Beynəlxalq Caz Günü kimi təsis edib və həmin ildən etibarən bu gün münasibətilə keçirilən tədbirə bir sıra şəhərlər ev sahibliyi edib. Azərbaycan 25 ildir UNESCO-nun fəal üzvüdür və ölkəmiz bu təşkilatın dəyərlərinin təşviqində müstəsna rol oynamaqdadır. Azərbaycan və UNESCO arasında mövcud olan sıx əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın misilsiz xidmətləri var. Mehriban Əliyevanın Azərbaycan musiqisinə diqqət və qayğısı nəticəsində ölkəmizdə caz musiqisi yeni inkişaf dövrünü yaşayır, musiqiçilərimiz müxtəlif beynəlxalq caz müsabiqələrində uğurla iştirak edirlər.
Elnur Sultanov deyib: “UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası olaraq, biz ilk dəfə 30 aprel – Beynəlxalq Caz Gününə tərəfdaşlıq etməkdən məmnunluq hissi keçiririk və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa hazırıq. Əminik ki, möhtəşəm Bakı Caz Festivalı gələcəkdə də davam edəcək və birgə səylər nəticəsində Azərbaycan yeni-yeni nailiyyətlərə imza atacaq”.
Sonra UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının loqosunun həkk olunduğu xatirə hədiyyəsi Bakı Caz Festivalının rəhbəri Leyla Əfəndiyevaya təqdim edilib.
Leyla Əfəndiyeva bildirib ki, Azərbaycanda cazın böyük tarixi var. Ölkəmizdə Tofiq Quliyevin, Niyazinin, Tofiq Əhmədovun rəhbərliyi ilə caz kollektivləri fəaliyyət göstərib. Azərbaycan caz musiqisi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə məşhurlaşıb.
ABŞ səfirliyinin müşaviri Uilyam Gill deyib ki, Bakıda Beynəlxalq Caz Gününün qeyd edilməsi musiqinin sərhədsiz olduğunu bir daha təsdiqləyir. Caz dünya miqyasında genişlənərək fərqli mədəniyyət və onun sivil üslublarına əsaslanaraq ümumbəşəri xarakter alıb. “Düşünürəm ki, multikultural tarixi ilə seçilən Azərbaycan bu səbəbdən cazı tam qəbul edə və bir qədər də özünküləşdirə bilib. Azərbaycanın caz musiqiçilərinin dünyada tanınması təqdirəlayiqdir”, - deyə Uilyam Gill vurğulayıb.
Sonra qala-konsert başlayıb. Konsertdə ABŞ-ın tanınmış caz qrupu “Kennedy Administration”, həmçinin yerli caz ifaçıları klassik və müasir caz nümunələri ilə çıxış ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub
25 Aprel
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
25 Aprel
Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub
25 Aprel
Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir
25 Aprel
Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək ...
25 Aprel
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
25 Aprel
Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir
25 Aprel
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!