Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:06 15 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
01:55 15.12.2018 TANAP
01:53 15.12.2018 Bir ildə 6 görüş
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü maarifləndirici tədbirlərlə qeyd edilib
Akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümü maarifləndirici tədbirlərlə qeyd edilib
ANA SƏHİFƏ / Elm və texnika
08:04 30.04.2018

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə paytaxtda və bölgələrdə dünya şöhrətli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilən silsilə maarifləndirici tədbirlər keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilən “Zərifə Əliyeva – nəcib insan, dünya şöhrətli oftalmoloq-alim” mövzusunda “Məlumat saatı” icra hakimiyyətinin inzibati binasında keçirilib.

Tədbirdə icra başçısının müavini Vüsar İsmayılov bildirib ki, Zərifə Əliyeva dünya tibb elminə əvəzsiz töhfələr verib, akademikin müəllifi olduğu elmi araşdırmalardan bu gün də tibb aləmində, xüsusən oftalmologiya sahəsində geniş istifadə olunur.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev akademik Zərifə Əliyevanın layiqli vətəndaş, nəcib insan, görkəmli alim kimi fəaliyyətindən danışıb.

Tədbirdə məruzəçi qismində çıxış edən Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Elmira Axundova Zərifə Əliyevanın peşəkar fəaliyyəti barədə geniş nitq söyləyib. O qeyd edib ki, oftalmoloq-alim peşəkarlığı, istedadı ilə yanaşı, sadəliyinə, insanlara olan diqqət və qayğısına görə hər kəsin rəğbətini, məhəbbətini qazanıb.

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, İcra Hakimiyyəti Aparatının şöbə müdirləri, əməkdaşları, qəsəbə və kənd bələdiyyələrinin rəhbərləri və üzvləri, icra nümayəndələri, səhiyyə və təhsil işçiləri, Yeni Azərbaycan Partiyası fəallarının iştirak etdikləri tədbirdə dinləyicilərin sualları ətraflı cavablandırılıb.

Növbəti tədbir akademik Zərifə Əliyevanın adını daşıyan liseydə gerçəkləşib. Bilik Fondunun məsləhətçisi Ceyla Məmmədova Fondun dünya şöhrətli azərbaycanlılara həsr olunan maarifləndirici layihələrindən söz açıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi Aysel Əkbərova görkəmli alimin elmi araşdırmalarından danışıb.

Nardaran Bilik Evinin dəstəyi ilə Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 130 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə məktəbin direktoru Ağasəid Orucov Zərifə xanımı ideal Azərbaycan qadını kimi xarakterizə edib.

Fondun əməkdaşı Aynur Seyidova Zərifə Əliyevanın elmin çətin yollarında inamla irəliləyərək uca zirvələrə yüksəldiyini, çox məsuliyyətli, ibrətamiz, nümunəvi həyat yaşadığını diqqətə çatdırıb.

Milli Oftalmologiya Mərkəzinin baş elmi işçisi, tibb elmləri namizədi Aygün Məmmədbəyli mühazirəsində Zərifə Əliyevanın elmi əsərlərindən söz açaraq, akademikin “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olduğunu vurğulayıb.

Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası poliklinikasının baş həkimi Səriyyə Səfərova akademik Zərifə Əliyevanın fəal ictimai xadim kimi fəaliyyətindən danışıb.

Sonda görkəmli akademikin həyat və fəaliyyətinə həsr olunmuş videosüjet göstərilib.

Astara rayonundakı Şahağac kənd 2 nömrəli tam orta məktəbində də “Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın obrazları Azərbaycan ədəbiyyatında” mövzusunda maarifləndirici tədbir keçirilib. Məktəbin direktoru Sakit Mürsəlov Fondun təşəbbüsü ilə rayonda həyata keçirilən tədbirlərin gənclərin maariflənməsində, vətənpərvərlik, etik-əxlaqi və estetik tərbiyəsində mühüm əhəmiyyət daşıdığını bildirib.

Məruzəçi, filologiya elmləri üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu faktlarla vurğulayıb ki, qüdrətli tarixi şəxsiyyətlər ədəbiyyatın tərəqqisində mühüm rol oynayırlar. O, ədəbi nümunələrdən sitatlar gətirərək dinləyicilərin suallarını cavablandırıb.

Sonra məktəblilər Ulu Öndərə və Zərifə xanıma həsr olunmuş şeirlər ifa ediblər.

Yasamal Rayon Heydər Əliyev Mərkəzində isə Milli Oftalmologiya Mərkəzinin həkimi Nübar Həşimovanın mühazirəsi təşkil olunub. Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal Rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, AMEA-nın Fəlsəfə İnstitutunun politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, rayonun qeydiyyat şöbəsinin rəisi İlahə Ələsgərova, səhiyyə müəssisələrinin əməkdaşları və fəallarının iştirakı ilə gerçəkləşən tədbirdə akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı haqqında faktlarla zəngin məlumatlar səsləndirilib.

Akademik Zərifə Əliyevanın anadan olmasının 95 illik yubileyinə həsr edilən maarifləndirici tədbirlər Fondun bilik evlərində və təhsil müəssisələrində də keçirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM