Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

22:46 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:09 02.09.2012
 

Anamdan miras mənzil qalıb. Mənzilin ərimin adına rəsmiləşdirilməsini istəyirəm. Mirasdan ərimin xeyrinə imtina edə bilərəm?

Zarina Həsənli,

Lökbatan qəsəbəsi

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

Məcəllənin 1261-ci maddəsi ilə vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.

Göründüyü kimi, mirasdan başqa şəxsin xeyrinə imtina edə bilməniz üçün həmin şəxsin miras qoyanın qanun üzrə və ya vəsiyyət üzrə vərəsəsi olması tələb edilir. Sualınızdan belə aydın olur ki, mərhum ananız vəsiyyətnamə tərtib etməmişdir. Əriniz isə adı çəkilən Məcəllənin 1159-cu maddəsinə müvafiq olaraq mərhum ananızın qanun üzrə vərəsəsi hesab edilmir.

Odur ki, mirasdan ərinizin xeyrinə imtina etməniz mümkün deyildir.

 

Məhkəmə qətnaməsi ilə nikahımız pozulmuş və məndən azyaşlı uşağımızın saxlanması üçün aliment tutulmuşdur. Halbuki arvadım iddia ərizəsində belə bir tələb yazmamışdı. İddia ərizəsində göstərilmədiyi halda, qətnamədə bunun əks olunması qanuna zidd deyilmi?

Nasir Kazımov,

Mingəçevir şəhəri

 

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilər. Həmin məcəllənin 22.21 və 22.2.2-ci maddələrinə görə,  22.1-ci maddədə göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Göründüyü kimi, qanun hakimə qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxmağa imkan verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrində göstərilən hallar da bu müstəsna hallardan hesab edilir. Bu baxımdan məhkəmə qətnaməsində qeyd etdiyiniz məsələlərin öz əksini tapması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğundur.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM