29 Aprel 2018 11:04
898
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç dövlətimizin başçısını prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi. Nenad Laloviç Bakıda Formula 1 yarışlarının yüksək səviyyədə təşkil edildiyini vurğuladı. O, məmnunluq hissi ilə qeyd etdi ki, Azərbaycan güləş idman növündə dünyanın ən aparıcı ölkələri sırasındadır.

Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarının təşkil olunduğu məkana çevrildiyini qeyd edən Nenad Laloviç 2015-ci ildə birinci Avropa Oyunlarının ölkəmizdə çox gözəl təşkilinin dünya idman ictimaiyyəti tərəfindən böyük maraqla izlənildiyini dedi. Azərbaycan güləşçilərinin əldə etdiyi uğurlara toxunan qonaq ABŞ-da sərbəst güləş üzrə dünya kuboku yarışlarında Azərbaycan yığma komandasının ikinci yer tutmasının önəmini qeyd etdi.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafının sağlam gənc nəslin və perspektivli idmançıların yetişməsi baxımından böyük önəm daşıdığını bildirdi, Azərbaycan idmançılarının müxtəlif sahələrdə, o cümlədən güləş idman növündə böyük uğurlar qazandığını məmnunluqla qeyd etdi.

Nenad Laloviç müxtəlif illərdə güləş idman növündə xidmətlərinə görə və birlik tərəfindən seçilmiş fəxri insanlar üçün təyin olunmuş Dünya Güləş Birliyinin ən ali mükafatı “Qızıl Ordeni” dövlətimizin başçısına təqdim etdi.

Dövlətimizin başçısı mükafata görə minnətdarlığını bildirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video