Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

21:37 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nəsillərə nümunə
Nəsillərə nümunə
ANA SƏHİFƏ / Mədəniyyət
12:04 29.04.2018

 

Nofəl Zahid oğlu Quliyev - Əli Bayramlı şəhərində doğulub. Cəmi 29 il yaşayıb. Bir müddət Tümen vilayətində işləyib. Bütün bunlar Milli Qəhrəmanın ömür yolundan ən kiçik fraqmentlərdir. Qısa ömrün yaddaqalan məqamları ötən əsrin 90-cı illərindən sonra başladı. Atası Zahid kişi məktublarında yazır ki, hələ Tümendə olanda dəfələrlə Nofəli öz yurduna - Azərbaycana çağırdım.

Hər dəfə də eyni cavabı yazırdı: “

İşlərimi bitirib gələcəyəm, gözləyin”. İllər ötsə də, Nofəlin vətənə dönüşü gecikirdi. Amma son məqamda, daha doğrusu, 90-cı ildə qəti qərar verdi. Nofəl bu barədə xatirələrində belə yazır: “Erməni quldurlarının vəhşiliyi son həddə çatmışdı. Tez-tez torpaqlarımızın işğalı ilə bağlı xəbərlər eşidirdim. Artıq dözülməz bir vəziyyət yaranmışdı. Mütləq vətənə dönməliydim. Bu barədə atama da yazdım ki, tezliklə Azərbaycana qayıdacağam. Amma doğulduğum Əli Bayramlı şəhərinə yox, yalnız cəbhə bölgələrinə. O yerlərə ki, orada torpaqlarımızın taleyi həll olunur”.

Nofəl Azərbaycana qayıdan kimi Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul olundu. Könüllü olaraq cəbhə bölgəsinə yollandı. Füzulidə, Goranboyda və digər qaynar nöqtələrdə döyüş tapşırıqlarını yerinə yetirməyə başladı. Bircə məqsədi vardı: erməni quldurlarından qisas almaq, itirilmiş torpaqlarımızın geri qaytarılmasında var gücünü sərf etmək. Elə ilk günlərdən qabiliyyətinin, bacarığının nəyə qadir olduğunu sübut etməyə başladı. Nofəl ən çətin döyüşlərdə iştirak edirdi. Ən qısa müddətdə ona güclü inam yaranmışdı. Bunun da səbəbləri vardı. Dəfələrlə ən çətin əməliyyatlarda Nofəl axıradək fərqlənə bilmişdi. Deyirdilər ki, o, qorxu nə olduğunu bilmir. İrəli getmək üçün yollar arayır, düşmənin həssas nöqtələrini seçə bilirdi. O, heç vaxt, heç vədə söz verməzdi, əməl etməyə çalışardı. Və bununla da etimad qazanardı.

1991-ci il iyun ayının 15-də ermənilər güclü ordu və texnika ilə Todan kəndinə hücum etdilər. Goranboyun bu böyük kəndi ciddi təhlükə qarşısında idi. Dinc əhalini döyüş bölgəsindən çıxarıb təhlükəsiz yerlərə çatdırmağa ciddi ehtiyac vardı. Nofəl Quliyev bu çətin əməliyyatda sona qədər iştirak etdi. Deyir ki, ona sığınan, kömək istəyən kənd sakinlərinə yardım etmək üçün bütün imkanlarını səfərbər etmişdi. Yüzlərlə ailəni - xəstəni, qocanı ölüm təhlükəsindən qurtarmışdı. Bu kəndin sakinləri ona öz xilaskarı kimi baxır, Nofəl Qulieyə daha çox güvənirdilər. Döyüşlərin qızğın çağında Nofəl bir neçə dəfə yaralansa da, son məqama qədər döyüş meydanını tərk etmədi. O, düşməni çaşdırmaq üçün bütün çevik əməliyyatlardan faydalanırdı.

Nofəl Quliyev cəbhə gündəliyində həmin günləri belə xatırlayır: “Todan uğrunda döyüşlərdə güllə yağışı ilə üz-üzə qalmışdıq. Körpə uşaqları, köməksiz qocaları xilas etməyə can atırdıq. Bir məqamı xatırlayıram, qucağında körpə uşağını başqa bir səmtə çatdırmaq istəyən ana yalvara-yalvara məndən kömək istəyirdi. Onda hiss etdim ki, bu əlacsız qadının məndən başqa güman, hayan yeri yoxdur. Var gücümlə ona kömək etməyə çalışdım, amma güllə yağışı bizə mane olurdu. Belə döyüşlərdə xilaskar olmaq o qədər çətindir ki... Vəziyyət nə qədər gərgin olsa da, məqam tapıb bu ananı körpəsi ilə birgə xilas etdim, nisbətən təhlükəsiz yerə çatdırdım. Onda az-çox təsəlli tapdım”.

Milli Qəhrəmanın cəbhə gündəliyində belə sətirlər çoxdur və bu sətirləri həyəcansız oxumaq olmur. Yüzlərlə ailəyə kömək etməyə cəhd göstərən Nofəl son anda düşmən gülləsinə tuş gəlir və bu zərbədən xilas ola bilmir.

Doğma ocağında - Əli Bayramlıda onu bir övladı gözləyirdi. Hər dəfə təsəlli dolu məktublarında yazırdı ki, mütləq qayıdacağam, məni gözləyin... Amma bu dəfə vədinə əməl edə bilmədi. Onu gözləyənlərin gözü birdəfəlik yolda qaldı.

Bu gün keçmiş Əli Bayramlıda - indiki Şirvan şəhərində bir ailə yaşayır. Və bu ocaqda Milli Qəhrəmanın yadigarı olan yeganə övladı böyüyür. Atasının arzularını, istəklərini doğrultmaq üçün kövrək bir ömür yaşayır. Onu daha ciddi sınaqlar, atasının varislik ənənəsini ləyaqətlə doğrultmaq ənənəsi gözləyir. Milli Qəhrəmanın atası Zahid kişi deyir ki, müharibə bizə çox zərbələr vurdu. Torpaqlarımızı, övladlarımızı əlimizdən aldı. O qədər yadigarlarımızı itirdik ki... Sayıb-sadaladıqca vahimələnirəm. Bircə onu təsəlli sayıram ki, el-oba belə oğullara güvənir, onları sipər bilir. Yoxsa yaşamaq da çətin olar, mübarizə aparmaq da... İnanıram ki, bizim düşmənlərimiz - erməni quldurları cəzasız qalmayacaq. Ona görə ki, bilərəkdən və qəsdən haqqımızı pozurlar, torpaqlarımızı ələ keçirməyə can atırlar. Biz yalnız özümüzə, varislərimizə inanırıq. Ordumuzun gücünə, dövlətimizin qətiyyətli qərarlarına arxalanırıq. Bu gün Milli qəhrəmanları böyüdən ailələrə, valideynlərə dövlət qayğısını, yardımını hər an hiss edirik və inanırıq ki, ordumuzun gücü, yenilməz mövqeyi düşməni birdəfəlik susduracaq. Biz yalnız o günü gözləyirik. Gözləyirik ki, düşmən layiq olduğu cavabı alsın.

Bu gün Şirvan şəhərində Milli Qəhrəman Nofəl Quliyevin adını daşıyan məktəbdə yeni bir nəsil təhsil alır. Onlar hər gün Nofəlin büstü qarşısında ayaq saxlayır, ona hörmət və ehtiramlarını bildirirlər. Belə bir ənənənin yaşaması, nəsillərin bir-birinə etibarlı etimadı bizim qələbəyə inamımızı birə-beş artırır...

 

Bəşir ŞƏRİFLİ,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM