Alternative content

12:33 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Onkologiya Mərkəzində dünyanın məşhur tibb mütəxəssisləri ilə görüşlər olub
Milli Onkologiya Mərkəzində dünyanın məşhur tibb mütəxəssisləri ilə görüşlər olub
ANA SƏHİFƏ / Səhiyyə
05:04 28.04.2018

Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyev Köln Universitet Klinikasının aparıcı neyroradioloqları ilə görüşüb. Görüşdə klinikanın neyroradiologiya şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Anastasios Mpotsaris, tibb elmləri doktorları Volker Maus və Nuran Abdullayev iştirak edib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı MOM-un elmi-klinik səviyyəsi yüksək qiymətləndirilib, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Almaniyadan gəlmiş mütəxəssislər Milli Onkologiya Mərkəzinin reanimasiya, invaziv diaqnostika və müalicə şöbələrinin fəaliyyəti ilə yaxından tanış olublar. Onlar bu, tibb müəssisəsinin işini yüksək qiymətləndiriblər.

Həmin gün Bakıda keçirilən IV Azərbaycan-Alman-Türk Konqresində iştirak edən dünya şöhrətli spikerlərin bir qrupu akademik Cəmil Əliyevin dəvəti ilə MOM-a gələrək, bu, məşhur səhiyyə ocağının maddi-texniki təminatı və burada əldə edilən yüksək tibbi nailiyyətlərlə tanış olublar. Görüşdə iştirak edən Almaniyanın Yena Universitet Klinikasının baş direktoru, professor Uts Settmaxer, akademik İ.Pavlov adına Birinci Sankt-Peterburq Tibb Universitetinin rektoru, professor Sergey Baqnenko, Davos kurslarının direktor müavini, professor Diter Hanloset, Hamburq Qastroenteroloji Klinikasının baş direktoru Deniz Uyak və müxtəlif xarici ölkələrin tanınmış tibb müəssisələrinin əməkdaşları Milli Onkologiya Mərkəzində pasiyentlərin müayinə və müalicəsi üçün yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu vurğulayıblar.

Mərkəzin rəhbəri ən son avadanlıqlarla təchiz olunmuş və müasir üsulların tətbiq edildiyi bu səhiyyə ocağının ölkə Prezidenti İlham Əliyevin ardıcıl və daimi qayğısı nəticəsində ərsəyə gəldiyini vurğulayıb. Bundan əlavə akademik MOM-un Cənubi Qafqazın ən müasir tibb müəssisəsi olduğunu da xüsusi ilə qeyd edib.

Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper də Azərbaycana səfəri çərçivəsində Milli Onkologiya Mərkəzində olub. İxtisasca radioloq olan senator MOM haqqında çox eşitdiyini qeyd edib. O, mərkəzə səfər etməyə çox maraq göstərdiyini və burada olmaqdan məmnunluğunu vurğulayıb.

Mərkəzin baş direktoru akademik Cəmil Əliyev qonağa tibb müəssisəsi haqqında ətraflı məlumat verib. Senator mərkəzin şüa diaqnostikası, şüa terapiyası şöbələri və Nüvə Təbabəti Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

Görüşün sonunda senator Alen Uper səmimi qəbul üçün təşəkkürünü bildirib və MOM-un muzeyində yerləşən Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.