Alternative content

20:22 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycanın Cənubi Afrikadakı dostları” qeyri-hökumət təşkilatının sədri Cəmil Məmmədəlizadədən
“Azərbaycanın Cənubi Afrikadakı dostları” qeyri-hökumət təşkilatının sədri Cəmil Məmmədəlizadədən
ANA SƏHİFƏ / Məktublar
02:04 28.04.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Azərbaycan xalqı bir daha həm özü, həm də Vətən üçün düzgün seçim etdi. Sizin yenidən bu vəzifəyə seçilməyiniz bizim və övladlarımızın sabit və firavan gələcəyinə təminat verir.

Hörmətli Prezident, Dağlıq Qarabağ münaqişəsində irəliləyişlər, ölkənin əlverişli maliyyə vəziyyəti, dünya arenasında Azərbaycanın imici, xalqımızın firavanlığı və daha neçə-neçə üstünlüklər – bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin və Sizin gərgin və fədakar əməyinizin nəticəsidir. Azərbaycan və onun xalqı üçün qazandığınız bütün bu uğurlara görə Sizə çox minnətdarıq.

Azərbaycanın Cənubi Afrikadakı dostları Sizi yenidən Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə və ailənizə uzun ömür və uğurlar arzulayırlar.

Hörmətlə,

 

Cəmil Məmmədəlizadə

“Azərbaycanın Cənubi Afrikadakı dostları”

qeyri-hökumət təşkilatının sədri