Alternative content

03:39 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ukraynanın Lvov şəhərində akademik Zərifə Əliyevanın xatirəsi anılıb
Ukraynanın Lvov şəhərində akademik Zərifə Əliyevanın xatirəsi anılıb
ANA SƏHİFƏ / Səhiyyə
01:04 28.04.2018

Ukraynanın Lvov şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, 1 saylı şəhər klinik xəstəxanasının poliklinikasında Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzdə keçirilən anım tədbirində Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, Lvov Vilayət və Şəhər Administrasiyasının rəhbərliyi, Lvov Şəhər Şurasının deputatları, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdə çıxış edən 1 saylı Lvov şəhər klinik xəstəxanasının baş həkimi, Ukraynanın Əməkdar Həkimi Cəvahir Cəfərova bildirib ki, hər zaman insanlara nur bəxş etmiş Zərifə xanım istedadlı alim, görkəmli pedaqoq, parlaq zəka sahibi, bacarıqlı həkim və tanınmış ictimai xadim olub. Zərifə Əliyevanın təkcə elm və peşə sahəsində deyil, mənəviyyatın bir nömrəli meyarı olan insanlıq tarixində də böyük xidmətləri olub. Bu xidmətlərin sevinci yüzlərlə insanın ömür səhifəsinə yazılıb. Bu xidmətlər neçə-neçə ailəyə səadət bəxş edib, insanlara həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inam yaradıb.

Lvov Vilayət Administrasiyasının milli və dini idarəsinin rəhbəri Lesya Kornat, Lvov Şəhər Radasının deputatı Roman Qrıçeviç, Poltava vilayətinin deputatı Fəxrəddin Muxtarov və digərləri Zərifə Əliyevanın keçdiyi ömür yolundan danışıblar. Bildiriblər ki, Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə ən müasir tibbi avadanlıqlar alınıb, yüksək səviyyədə təmir işləri aparılıb. Buraya gələn xəstələrin dəqiq diaqnostik müayinəsi və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən Ukraynanın müxtəlif bölgələrində sosial, iqtisadi layihələr həyata keçirilir.

Sonra anım mərasimində Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunan sənədli film göstərilib.

Tədbirin sonunda Azərbaycanın Ukraynadakı səfirliyi Lvov vilayətində yaşayan diaspor fəallarını xüsusi diplomla təltif edib.