28 Aprel 2018 01:04
397
Fərmanlar
A- A+

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Novruz Məmmədov - Azərbaycan Respublikasının Baş naziri

 

Komissiyanın üzvləri

Əli Əhmədov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əlizadə              - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Əbülfəs Qarayev        - Azərbaycan Respublikasının mədəniyyət naziri

Oqtay Şirəliyev          - Azərbaycan Respublikasının səhiyyə naziri

Ceyhun Bayramov     - Azərbaycan Respublikasının təhsil naziri

Samir Nuriyev            - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

İbrahim Quliyev         - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsa Həbibbəyli            - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsmayıl Hacıyev         - Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

Əhliman Əmiraslanov - Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və tibb elmləri bölməsinin akademik-katibi

Ömər Eldarov             - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

Abel Məhərrəmov      - Bakı Dövlət Universitetinin rektoru

Siyavuş Kərimi           - Azərbaycan Milli Konservatoriyasının rektoru

Çingiz Abdullayev     - Azərbaycan Yazıçılar Birliyinin katibi

Cəlal Abbasov            - Azərbaycan Bəstəkarlar İttifaqının katibi

Altay Hacıyev            - xalq rəssamı

Arif Məlikov              - xalq artisti

Şəfiqə Məmmədova   - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Elbay Qasımzadə       - Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

Mövlud Süleymanlı    - xalq yazıçısı

Məhərrəm Qasımlı      - Azərbaycan Aşıqlar Birliyinin sədri.

 

2. “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 mart tarixli 854 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 475) 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 aprel 2018-ci il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video