27 Aprel 2018 06:04
476
Elm və texnika
A- A+

Minskdə ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Konfransın bölmə iclasları müxtəlif ölkələrdə təşkil olunur. Bu iclaslar indiyədək Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində keçirilib.

Aprelin 25-də Minsk Dövlət Linqvistika Universitetində (MDLU) konfransın “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri” mövzusunda bölmə iclası təşkil olunub.

ADU-nun rektoru, akademik Kamal Abdullanın konfrans iştirakçılarına təbrik və təşəkkür məktubu oxunub.

MDLU-nun rektoru, professor Natalya Baranova ümummilli lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq elmi konfransın bir panelinin bu ali məktəbdə keçirilməsindən məmnunluğunu bildirib. Rektor deyib ki, Azərbaycan-Belarus əlaqələrinin inkişafında Heydər Əliyevin mühüm xidmətləri olub və bu əməkdaşlıq hazırda yüksələn xətlə inkişaf edir. Qeyd olunub ki, MDLU-da Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı planlaşdırılır.

Azərbaycan Respublikasının Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov iki ölkə arasındakı əlaqələrin inkişafından danışıb, xalqlarımızın oxşar mədəniyyətə sahib olduğunu bildirib.

ADU-nun Rusiyaşünaslıq Mərkəzinin müdiri, professor Məmməd Əliyev ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransın 11 ölkənin 13 universitetində keçirildiyini söyləyib. Qeyd olunub ki, Ümummilli Liderin ölkəmizin çiçəklənməsi, xalqımızın həyat səviyyəsinin daim yüksəlməsi və ən əsası müstəqilliyimizin qorunub saxlanmasına hesablanmış uzaqgörən siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam edir və bu siyasi xətdə Azərbaycan-Belarus münasibətləri də xüsusi yer tutur. Professor xatırladıb ki, Azərbaycan multikulturalizmi fənni dünyanın bir çox ölkəsi ilə yanaşı, Belarusda da tədris olunur və bu fənnə çox böyük maraq göstərilir.

Sonra professor M.Əliyevin “Azərbaycanda dini tolerantlıq” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və hazırda bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.

İclasda Azərbaycanın və Belarusun müxtəlif universitetlərinin əməkdaşları məruzə ilə çıxış ediblər. Vurğulanıb ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma olmayıb və bu proses indi də uğurla davam edir.

Professor Nikolay Baranov Heydər Əliyevin Azərbaycan-Belarus münasibətlərinin inkişafında mühüm və əvəzolunmaz rolundan bəhs edib. Bildirilib ki, Azərbaycan–Belarus münasibətlərinin əsasını səmimiyyət, qarşılıqlı hörmət və dəstək təşkil edir. Bu gün ADU-nun xətti ilə ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti Vladivostokdan Lissabonadək təbliğ olunur.

Şərq dilləri kafedrasının əməkdaşı Əbdülhəmid Ömər Məhəmməd, Çin dili və mədəniyyəti fakültəsinin tələbəsi Ernandes Leymi Xose yalnız regionda deyil, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilmiş nümunəvi multikulturalizm modelindən söz açıblar. Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biri olan multikulturalizm və tolerantlıq ideyası bunun ən yaxşı nümunəsidir.

İclasda ADU-nun dosenti Şükufə Cabarova “Heydər Əliyevin çıxışı, məntiqi ardıcıllıq və orator bacarığının nümunəsi kimi” mövzusunda məruzə ilə çıxış edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video