Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

22:20 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən “Aprel şəkilləri” sənədli filmi təqdim olunub
“Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən “Aprel şəkilləri” sənədli filmi təqdim olunub
ANA SƏHİFƏ / Mədəniyyət
04:04 27.04.2018

Aprelin 27-də Beynəlxalq Mətbuat Mərkəzində “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən “Aprel şəkilləri” sənədli filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun dəstəyi ilə çəkilən filmin təqdimat mərasimində aprel şəhidlərinin ailə üzvləri, Milli Məclisin deputatları, KİV nümayəndələri iştirak ediblər.

Filmin baş məsləhətçisi, Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, ssenari müəllifi Bəxtiyar Qaraca, rejissorları Kəmalə Mirzəyeva və Nuranə İsmayıldır. Bakıda və Kürdəmir rayonunda çəkilən filmdə Aprel döyüşlərində şəhid olan və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovdan bəhs edilir.

Tədbirdə çıxış edən Ə.Amaşov Aprel döyüşlərinin Azərbaycan xalqının qələbə inamının özünə qayıtmasında böyük rol oynadığını, düşmən üzərində böyük hərbi, psixoloji qələbə qazanıldığını bildirib: “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən 3 sənədli film çəkiləcək. “Aprel şəkilləri” sənədli filmi bu silsilədən birinci filmdir. Növbəti film Aprel döyüşlərində şəhid olan və “İgidliyə görə” medalı ilə təltif edilən polkovnik-leytenant Raquf Orucova həsr ediləcək “Briqada komandiri” sənədli filmi olacaq”.

Sonra “Aprel şəkilləri” sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra çıxış edən “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva şəhidlərimizlə qürur duyduğumuzu vurğulayıb: “Şəhidlər seçilənlərdir, Allah onları seçib. Aprel döyüşləri zamanı dövlət və xalqın birliyi bir daha ortaya qoyuldu”.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və başqaları çıxışlarında Aprel döyüşlərinin hərb tariximizdən şanlı səhifələrindən biri olduğunu qeyd ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM