Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

09:20 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sənətdə davam edən həyatlar
Sənətdə davam edən həyatlar
ANA SƏHİFƏ / Mədəniyyət
01:04 27.04.2018

 

Hər il 27 mart Beynəlxalq Teatr Günü kimi qeyd edilir. Bununla bağlı qərar UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən konqresində qəbul olundu. Beynəlxalq Teatr Günü münasibətilə hər il nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət ünvanlayır. Fransalı yazıçı Jan Kokto bu ənənənin əsasını qoydu və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibətilə mesaj göndərdi.

Azərbaycan peşəkar teatrının yaranması da mart ayına təsadüf edir. Belə ki, peşəkar milli teatrımızın əsası 1873-cü il martın 10-da Bakıda “Lənkəran xanının vəziri” komediyasının səhnəyə hazırlanması ilə qoyuldu. Həmin gün Milli Teatr Günü kimi qeyd olunmaqdadır. Ancaq hər bir xalqın mədəniyyəti, incəsənəti, ədəbiyyatı milli olduğu qədər də bəşəridir. Odur ki, Azərbaycan teatrsevərləri mart ayında bir deyil, iki bayram qeyd edirlər.

 

“Səhnə mənim müqəddəs məbədgahımdır”

 

Azərbaycan teatr sənəti ağır sınaqlarla qarşılaşdı. Bu sənətə gəlməyin qəhrəmanlığa bərabər olduğu illər çətin keçdi. Teatr sənətini seçənlərə müxtəlif adlar, ayamalar qoşanlar, təhqir edənlər, nəslin üzqarası sayaraq qanına susayanlar da oldu. Lakin Azərbaycan teatrını yaşadan, inkişaf etdirən fədailər də var idi. Bu sənəti sevənlər, dərk edənlər onu rahatlıqlarını, sağlamlıqlarını itirmək, hətta bəzən canları bahasına qorudular, ucaltdılar. Onlar Azərbaycan teatr sənətini həvəskarlıqdan peşəkarlığa yüksəltdilər. Sənətşünas Cəfər Cəfərov yazırdı: “Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Mirmahmud Kazımovski və başqaları Azərbaycan teatrının sütununu təşkil edir. Gözəl səhnə istedadına malik bu adamlar teatrın aşiqləri, onun fədakar mücahidləri idi”. Sənətşünasın qeyd etdiyi soyadlardan birini xüsusi diqqətə çatdırırıq: Kazımovski Azərbaycanda yalnız teatr deyil, kino, radio, televiziya sahələrinin tarixi inkişafı ilə bağlı ən çox söylənilən soyadlardan biridir.
Mirmahmud Kazımovski teatr xadimi, dramaturq, rejissor, pedaqoq, Azərbaycanın ilk peşəkar aktyorlarından biri, əməkdar artist kimi adını teatr tariximizə əbədi yazdı. O, dövrünün sayılıb-seçilən ziyalılarından idi. Mirmahmud Kazımovski Bakıda Mirələkbər kişinin ailəsində 1882-ci il fevralın 27-də dünyaya göz açmışdı. Əvvəlcə mollaxanada, sonra teatr xadimi Həbib bəy Mahmudbəyovun üçsiniflik rus-tatar məktəbində Hüseyn Ərəblinski ilə birlikdə təhsil aldı. Elə səhnəyə də ilk dəfə 1897-ci il martın 9-da “Lənkəran xanının vəziri” tamaşasında çıxdılar. Sonralar o, “Xatiratım”da yazırdı: “Ərəblinskinin və mənim səhnəyə qayət həvəsimiz olduğu üçün xəyalımız bu idi ki, gedib artistlik dərsi oxuyaq. Mixaylovski adına şəhər məktəbində oxuduğumuz zaman orada Dmitri Yakovleviç adında bir qoca gürcü müəllimimiz var idi. Yaxşı oxuduğumuz üçün o mərhum bizi çox sevərdi. Artistlik barədə ona müraciət edib məsləhət istədikdə çox şad olub dedi: “Çox gözəl olar. Siz müsəlmanlarda heç oxumuş, yəni kurs qurtarmış artist yoxdur”. Cahangir Zeynalovun ev tamaşalarında, müxtəlif teatr truppalarında, teatr bölmələrində, həvəskarların dərnəklərində aktyor kimi çıxış edən gənclər bu sənətə bağlandılar.
Səhnəyə kişilərin belə az gəldikləri zamanda qadın rollarına ifaçılar tapmaq xüsusilə müşkül idi. Mirmahmud Kazımovski ilk dəfə “Axşam səbri xeyir olar” tamaşasında Çimnaz xanımla qadın rolları oynamağa başladı. Özü bu barədə yazırdı: “Mənim qadın rolunda oynamağım başıma böyük müsibətlər gətirdi. Hər dəfə tamaşadan çıxandan sonra mürtəce gənclər dalımca düşüb söyüş yağdırırdılar. Hətta onlar dəstə ilə üstümə hücum çəkir, küçələrdən afişaları qopardır, olmazın oyunlar çıxarırdılar. Odur ki, mən bu təqib və tənədən yaxamı qurtarmaq üçün afişalarda familiyamı “Kazımovskaya” yazdırırdım”. Ancaq bu da başqa problemə çevrildi. Bir gün səhər işə getməyə hazırlaşan Mirmahmud Kazımovskinin qapısını döyən polislər ona polis idarəsinə getməli olduğunu söylədilər. İdarədə pristav qəzəblə söylədi: “Yalan deyirsiniz. Sizin əsl soyadınız Kazımovskayadır. Nə məqsədlə qadın soyadını daşıyırsınız? Bu nə fırıldaqdır?” Həqiqəti danışsa da, pristav ona inanmadı. Aktyor bir gün həbsdə qalmalı oldu.
Səhnəyə 1897-ci ildən qədəm qoyan, Azərbaycanda peşəkar teatrın yaradılmasında böyük əmək sərf edən, hər zaman “Səhnə mənim müqəddəs məbədgahımdır” deyən Mirmahmud Kazımovski 1920-ci illərin əvvəllərində Bakı Azad Tənqid-Təbliğ Teatrında, ömrünün sonunadək isə Azərbaycan Dövlət Dram Teatrında çalışdı. 1921-ci ildə Dərbənddə teatr yaradıcılarından biri oldu. Müxtəlif teatr səhnələrində bir-birindən maraqlı rollar ifa etdi. Opera teatrı üçün operettalar, dram teatrı üçün pyeslərini yazdı. Mirmahmud Kazımovski rejissor kimi teatr dəstələrində, özfəaliyyət dərnəklərində öz əsərlərini, digər yazıçıların pyeslərini tamaşaya qoydu. Səhnə fəaliyyəti ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul oldu, maarifpərvər ziyalılarımızdan biri kimi tanındı.
Mirmahmud Kazımovski bir müddət Bakı kinostudiyasında da işlədi, “Bismillah” (1925), “Bakılılar” (1938), “Kəndlilər” (1939) və başqa filmlərdə epizodik rollarda çəkildi. O, bu qədər işləri 58 illik ömrə sığışdıra bildi. Aktyor, rejissor, dramaturq Mirmahmud Kazımovski 1940-cı il dekabrın 1-də vəfat etdi.

 

Ömrə yoldaş olan sevgi...

 

Bu il 90 illiyini qeyd etdiyimiz Rauf Kazımovski belə bir atanın övladı idi. O, 1928-ci ildə dünyaya göz açanda atası Mirmahmud Kazımovski artıq ad-san, şöhrət sahibi idi. Raufun uşaqlığı teatr və kino sahələrindən kifayət qədər məşhur, istedadlı insanların əhatəsində keçdi. Atasının və onun dostlarının sənət sevdası Rauf Kazımovskinin də qəlbinə köçdü və orada gündən-günə böyüyərək ömür yoluna yoldaş oldu.
O, 1952-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) bitirdi. Azərbaycanda bir çox ilklər onun adına yazıldı. Yol açmaq hər zaman çətin və məsuliyyətli olur. Ancaq Rauf Kazımovski bu sənəti asan bildiyi üçün seçməmişdi. Onun hər dərdinə, ağrısına, hər sevincinə hazır idi.
Rauf Kazımovski Azərbaycanda ilk radio və televiziya rejissoru oldu. 1952-ci ildən Azərbaycan radiosunda redaktor-rejissor, 1956-cı ildən ömrünün sonunadək televiziyada quruluşçu rejissor işlədi.
1950-ci illər Azərbaycan radiosunun ən coşqun illəri idi. Dövr yeni düşüncə tərzi, axtarışlar, ifadə formaları tələb edirdi. Rauf Kazımovski Azərbaycan radiosunda belə bir vaxtda işə başlamışdı. O, 1953-cü ildə, 25 yaşında “O olmasın, bu olsun” musiqili komediyasının radio tamaşasını hazırlamağı qərara aldı. Gənc rejissor böyük həvəslə işə başladı. Ssenari müəllifi və rejissor da özü idi. Çox arzulayırdı ki, radio tamaşası dahi bəstəkar Üzeyir Hacıbəylinin dəst-xəttinə uyğun olsun. Məşədi İbad rolunun ifaçısı kimi SSRİ xalq artisti Mirzağa Əliyevi nəzərdə tutmuşdu. O, xəstə olduğu üçün rolu oynaya bilməyəcəyini bildirdi. Ancaq aktyor Raufun Mirmahmud Kazımovskinin oğlu olduğunu öyrənəndə işlər dəyişdi. Mirzağa Əliyev özünü toparlayaraq unudulmaz dostunun oğlunun hazırladığı tamaşada məmnuniyyətlə iştirak etdi. “Məşədi İbad” radiotamaşasını rejissor 1953-cü ilin aprelində başa çatdırdı. Tamaşa radioda veriləndən sonra dinləyicilərlə bərabər, mütəxəssislərin də diqqətini cəlb etdi.
“O olmasın, bu olsun”dan sonra hazırladığı “Bir gəncin manifesti”, “Şeyx Sənan”, “Səyavuş”, “Kəllə” əsərlərinin radiotamaşaları da böyük dinləyici marağına səbəb oldu. Teatr sənətimizin Mirzağa Əliyev, Kazım Ziya, Möhsün Sənani, Leyla Bədirbəyli, Hökumə Qurbanova, Barat Şəkinskaya, Ələsgər Ələkbərov kimi korifeylərin yaratdığı radioobrazlar Rauf Kazımovskinin sayəsində lent yaddaşına köçürülərək misilsiz səs xəzinəmizə çevrildi.

 

İlklərə imza atan rejissor

 

Sonralar gördüyü işlər sayəsində yaradıcılığında ilklərin sayı artdı. İlk radio tamaşalarının rejissoru və ssenari müəllifi həm də portret janrında ilk telefilmlərin müəllifi, televiziya verilişlərinin və tamaşalarının canlı yayımının təşəbbüskarı, təşkilatçısı kimi tanındı.
Rauf Kazımovskinin 1961-ci ildə İçərişəhərdə müğənni Məmmədəli Əliyevin ifasında lentə aldığı bəstəkar Fikrət Əmirovun Hüseyn Cavidin sözlərinə bəstələdiyi “Korun mahnısı” kinoroliki Azərbaycanda klipin ilk nümunəsi sayılır.
Cəlil Məmmədquluzadə irsindən ilk əsərin ekran həllini də o verdi. Rauf Kazımovski 1967-ci ildə “Poçt qutusu” hekayəsi əsasında çəkilən bədii filmin quruluşçu rejissoru oldu. Filmi ümumittifaq televiziyasından yayımlanan ilk Azərbaycan rejissoru da Rauf Kazımovski idi.
O, say-seçmə aktyorlarımızın sənət ömrünü uzadır, onları tarixin yaddaşına həkk edirdi. Buna görə Nəsibə Zeynalova, Həsənağa Turabov, Hacıbaba Bağırov və Azərbaycanın daha neçə-neçə görkəmli aktyoru “Rauf Kazımovski mənim sənət taleyimdə çox böyük rol oynadı” deyərək onu minnətdarlıqla xatırlayırdılar. R.Kazımovskinin hazırladığı hər tamaşanın, çəkdiyi hər filmin özünəməxsus tarixçəsi var. Bunlardan biri də 1969-cu ildə çəkdiyi “Bəşir Səfəroğlu” sənədli filmidir. Azərbaycan televiziyasının tarixində ilk sənədli portret filmi sayılan “Bəşir Səfəroğlu” haqqında Rauf Kazımovskinin öz xatirəsindən: “Bəşir ümidsiz xəstə idi. Həkimlər mənə demişdilər ki, ömrü tükənib. Əməliyyatdan təzəcə çıxmış Bəşir isə heç cür razılıq vermirdi. 1968-ci il idi. Futbol tariximizdə böyük bir hadisə baş vermişdi. Yüksək liqada iki komandamız oynayacaqdı: “Neftçi” və “Dinamo-Kirovabad”. Mövsüm bu iki komandanın görüşü ilə açılacaqdı. Bəşirə zəng vurub dedim ki, fürsəti fövtə vermək olmaz. Topa ilk zərbəni sən vurmalısan. Böyük çətinliklə razılığa gətirdim. Çəkiliş vaxtı hər 5-10 dəqiqədən bir deyirdi ki, aman ver, sancıdan doğranıram. Gözümün yaşını gizlətmək üçün üzümü yana çevirirdim. Bəşir o vəziyyətdə də yumorundan qalmırdı. İki aydan sonra vəfat etdi. Filmin premyerasını belə görmədi”.
Rejissorun 1974-cü ildə lentə aldığı, aktrisa Nəsibə Zeynalovaya həsr olunmuş “Aktrisanın təbəssümü” də sənədli portret filmlərimizin ən gözəl nümunələrindən biridir.
Rauf Kazımovski sənətin müxtəlif istiqamətlərində yüksək istedadını göstərə bildi. Radio və televiziya sahələrində ustad sayılan, “Tiflis nəğməsi”, “Hacıkərimin aya səyahəti”, “Hamlet”, “Kral Lir”, “Müfəttiş”, “Ölülər”, “Dilbər”, “Leyli və Məcnun”, “Hacı Qara”, “Bəxtsiz cavan”, “Müsibəti-Fəxrəddin”, “Cənnətin qəbzi”, “Milyonçunun dilənçi oğlu”, “Ana”, “Toy”, “Ovod”, “Gecə uçuşu”, “Liza Makkey”, “Canlı meyit” və başqa radio və televiziya tamaşalarının rejissoru həm də bugünədək maraqla baxılan kinofilmlər çəkdi. Onun Gənc Tamaşaçılar Teatrının və Musiqili Komediya Teatrının səhnəsində hazırladığı tamaşalar isə bu sahədə də bacarığının nümayişi oldu. Nə qədər qəribə olsa da, bu qədər işlərin müəllifi cəmi 48 il ömür sürdü. Nə həyatdan, nə də yaradıcılıqdan doymayan görkəmli rejissor 1976-cı ildə dünyadan köçdü.
Atası Raufun və babası Mirmahmudun sənət yolunu davam etdirməyin məsuliyyətini Ələkbər Kazımovski öz üzərinə götürdü. O, 15-dən artıq televiziya filminə rejissorluq etdi. Eyni zamanda kino sahəsində çalışdı. Kino sənətinin inkişafında göstərdiyi xidmətə görə 2006-cı ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülən Ələkbər Kazımovski 2016-cı ildə qəflətən vəfat etdi.
Azərbaycan teatr, kino, radio və televiziya sahələrində Kazımovskilərin böyük bacarıqlarının, yüksək peşəkarlıqlarının və zəhmətlərinin bəhrəsi olan əsərlər hər zaman qalacaq. Bu sənət nümunələri nümayiş olunduqca, xatırlandıqca öz müəlliflərinin ömrünü uzadacaq.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM