Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

21:37 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əllərin gigiyenası
Əllərin gigiyenası
ANA SƏHİFƏ / Səhiyyə
04:04 26.04.2018

 

Əllərin təmiz yuyulmasının şəxsi gigiyenanın əsasını təşkil etdiyi bir çox elmi araşdırmalar və tədqiqatlarla təsdiq edilib, çünki əksər xəstəliklərin yayılması məhz əllərin natəmizliyi ucbatından baş verir. Xeyli infeksiyalar, eləcə də qrip xəstəliyinin əllərə hopan mikroblar vasitəsilə yayıldığı təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, əllərin gigiyenasına riayət olunmaması bir çox xəstəliklərə yoluxmağa ciddi təhlükə yaradır, xroniki ağırlaşmaya, hətta ölümə də səbəb ola bilər. Pul əskinasları, xüsusilə də köhnə pullar üzərində 200 növə qədər müxtəlif infeksion, dəri-zöhrəvi xəstəlikləri, o cümlədən vərəm mikrobakteriyalarının, dizenteriya, A hepatiti virusları və digər xəstəliklərin daşıyıcısı ola bilər. Bir ölkədən digərinə aparılan əskinaslar isə daha təhlükəlidir.

Amerika alimləri müəyyən ediblər ki, əskinasların 94 faizi 93 növ patogen bakteriya daşıyıcısıdır. Təhlükəyə, ilk növbədə, immuniteti zəif olanlar, uşaqlar, qocalar və işi ilə əlaqədar pulla daha çox təmasda olanlar- satıcı, kassir, taksi sürücüsü və başqa peşə sahibləri məruz qalırlar.

Əlləri gecə yatmazdan əvvəl, səhər yuxudan oyananda, qida qəbulundan əvvəl və hər dəfə çirklənəndə mütləq yumaq lazımdır. Əksər hallarda əllər yalnız yeməkdən əvvəl yuyulur, təhlükəli mikrob və bakteriyaları məhv etmək üçün əlləri mütəmadi olaraq yumaq lazımdır. Yaxşı olar ki, yuyulma zamanı ilıq sudan istifadə edilsin, çünki soyuq sudan mütəmadi istifadə əllərin dərisini cadarlaşdırır və kobud edir.

Araşdırmalar onu da göstərir ki, antimikrob tərkibi olmayan sabunla əl yumaq nəinki mikrobların yayılma imkanını azaldır, hətta əksinə, onların artımını 17 dəfə çoxaldır. Bir neçə gün ərzində dəyişdirilməyən ümumi dəsmal da virus daşıyıcısına çevrilə bilər. Əllər yaxşı yuyulmayanda kranı bağlayarkən, dəsmalla silərkən, qapı dəstəyindən tutarkən asanlıqla müxtəlif növlü mikrobları daşımaq mümkündür. Ona görə də məsələ yalnız əllərin yuyulmasında deyil, onun yuyulması zamanı hansı vasitələrdən istifadə edilməsindən də asılıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM